Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensionun öldürülməsindən sonra 60 gün müddətinə fövqəladə vəziyyət elan edilib.
Elchi.az xəbər verir ki, bu barədə Prezident Gilyermo Lassa sərəncam imzalayıb.
“60 gün müddətinə fövqəladə vəziyyət elan edirəm… Bundan sonra vətəndaşların təhlükəsizliyini, ölkənin əmin-amanlığını, azad və demokratik seçkiləri təmin etmək üçün bütün ölkə ərazisində silahlı qüvvələr səfərbər olunur”, – sərəncamda qeyd olunub.
Eyni zamanda, Ekvador prezidenti ölkədə üç günlük milli matəm elan edib.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...





















Son şərhlər