Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi bu gündən Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə Elchi.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, iyulun 29-dan Xəzər dənizi akvatoriyasında başlayacaq külək iyulun 30-u səhər saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizə isə 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü 2-3 m, sonrakı inkişafda 3,5-5,5 m-ə çatacağı proqnozlaşdırılır.
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə...




















Son şərhlər