"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Türkiyə 75 illik münaqişəni bitirir?

21 İyul 2023 - 15:21
in SİYASƏT
FacebookVatsap

Fələstin Prezidenti Mahmud Abbas iyulun 24-də Türkiyəyə rəsmi səfər edəcək. Diqqətçəkən məqam isə İsrail Baş naziri Benyamin Netanyahunun da iyulun 28-də Türkiyəyə gözlənilən səfəridir.
Fələstin və İsrail liderlərinin 4 gün kimi qısa bir fərqlə Türkiyəyə səfər etməsi təsadüfi deyil.
Nə baş verir?
Hazırda Fələstin hakimiyyəti ilə İsrail arasında bütün əlaqələr kəsilib. Buna səbəb İsrail ordusunun (ÇAXAL) İordan çayının qərb sahilindəki Cenin şəhərində genişmiqyaslı antiterror əməliyyatı keçirməsidir.
Ümumiyyətlə, tərəflər arasında gərginlik vaxtaşırı artırdı. Bununla belə, diplomatik təmaslar kəsilmirdi. Tərəflər hər nə qədər mübahisəli məqamlarda fikir ayrılığı yaşasalar da, diplomatik qapılar açıq tutulurdu.
Hazırda Fələstin hakimiyyətinin belə radikal qərar verməsi narahatlıq doğurur. Və bu proseslərin daha da gərginləşməsi ehtimallarını artırır.

Bunu da oxuyun

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub – FOTO

Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib


Ankaranın vasitəçiliyi
Türkiyə Fələstin və İsrail gərginliyinin yumşalmasında vasitəçi ola bilər. Ankara İsraillə münasibətlərin normallaşmasında maraqlıdır. Tərəflərin rəsmilər səviyyəsində etdiyi səfərlər fonunda gərginlik özünü münasibətlərin normallaşması ilə əvəzlədi. Hazırda Təl-Əviv və Ankara arasında münasibətlər 2010-cu ildən əvvəlki kimi olmasa da, qənaətbəxş hesab etmək olar.
Ankaranın Fələstin məsələsində mövqeyi dəyişməz qalır. Türkiyə Qüdsü “qırmızı xətt”i olaraq qəbul edir. Bundan başqa, İsrailin genişlənməsi, aqressiv mövqeyi də Ankara tərəfindən xoş qarşılanmır.
Bütün bunlara baxmayaraq, Türkiyə hazırkı gərginliyin səngiməsi və diplomatik təmasların qurulması istiqamətində tərəfləri razılığa gətirə bilər.
Məsələ ondadır ki, region üçün ortaq təhdid İrandır. Rəsmi Tehran faktiki olaraq HƏMAS-ı dəstəkləyir və HƏMAS üzərindən prosesi gərginlik kontekstində saxlayır.
Misal üçün, bu yaxınlarda HƏMAS-ın siyasi qanadının rəhbəri İsmail Haniyə və onun rəhbərlik etdiyi nümayəndə heyəti İranın dini rəhbəri Əli Xamenei ilə görüşüb. Görüşdən sonra HƏMAS-ın aktivliyi, xüsusilə İsraildə terror cəhdləri qeydə alınıb. Və yenə bu görüşdən sonra İsrail ordusu İordan çayının qərb sahilindəki Cenin şəhərində genişmiqyaslı antiterror əməliyyatına başlayıb.
Mahmud Abbas və Benyamin Netanyahu ilə ayrılıqda keçiriləcək görüşdən sonra Ankara tərəfləri bir araya gətirə bilər. Əgər hər iki görüş də uğurlu olarsa və Ankaraya etimad edilərsə, tərəflər yaxın tarixdə yenidən bir araya gələ və ən azı gərginliyin səngiməsi, diplomatik münasibətlərin qurulması istiqamətində danışıqlara başlaya bilər.

Müəllif: Politoloq Turan Rzayev

Previous Post

Türkiyə 75 illik münaqişəni bitirir?

Next Post

Putin Polşaya xəbərdarlıq etdi: Stalinin hədiyyəsini xatırladacağıq

Bənzər yazılar

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

09 Noyabr 2026 - 12:00

Prezident İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Əlahəzrət, Kamboca Krallığının...

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub – FOTO

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub – FOTO

09 Noyabr 2026 - 11:00

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub. Elchi.az-ın məlumatına görə, Azərbaycanın İrandakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə...

Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

09 Noyabr 2026 - 10:20

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. Elchi.az xəbər verir ki, bununla...

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

09 Noyabr 2026 - 09:27

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr – Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Putin Polşaya xəbərdarlıq etdi: Stalinin hədiyyəsini xatırladacağıq

Putin Polşaya xəbərdarlıq etdi: Stalinin hədiyyəsini xatırladacağıq

Putin Polşaya xəbərdarlıq etdi: Stalinin hədiyyəsini xatırladacağıq

Putin Polşaya xəbərdarlıq etdi: Stalinin hədiyyəsini xatırladacağıq

Son xəbərlər

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

09 Noyabr 2026 - 12:30
Sabah Bakıya yağış yağacaq

Sabahın havası açıqlanıb

09 Noyabr 2026 - 12:21
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

09 Noyabr 2026 - 12:00
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59
DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

09 Noyabr 2026 - 11:49
Yağıntılı hava davam edir, bəzi yerlərdə qar yağıb – FAKTİKİ HAVA

Yağıntılı hava davam edir, bəzi yerlərdə qar yağıb – FAKTİKİ HAVA

09 Noyabr 2026 - 11:32
Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub – FOTO

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub – FOTO

09 Noyabr 2026 - 11:00
Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

09 Noyabr 2026 - 10:20
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

09 Noyabr 2026 - 09:27
Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

09 Noyabr 2026 - 00:00
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

08 Noyabr 2026 - 21:27
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

08 Noyabr 2026 - 21:00
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

08 Noyabr 2026 - 20:53
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08 Noyabr 2026 - 20:27
İlham Əliyev COP31-də iştirak edəcək

İlham Əliyev COP31-də iştirak edəcək

08 Noyabr 2026 - 20:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.