"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Prezident 6 fərman, 1 sərəncam imzaladı

17 İyul 2023 - 16:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 16 iyun tarixli 922-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bunu da oxuyun

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Yardımlıda açıq ərazidə yanğın baş verib

Elchi.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.56-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 164.1.56-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 16 iyun tarixli 922-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, № 11, maddə 1356, № 12 (I kitab), maddə 1504; 2021, № 1, maddə 35, № 3, maddə 220, № 4, maddə 323, № 6 (I kitab), maddə 585, № 12, maddələr 1398, 1425; 2022, № 1, maddə 22, № 12, maddə 1456; 2023, № 2, maddə 235, № 4, maddə 469) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bəndə “164.1.56-cı” sözlərindən sonra “, 164.1.56-1-ci” sözləri əlavə edilsin;

3.2. 1.49-cu bənddə “maddəsində” sözü “və 164.1.56-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 23 iyun tarixli 924-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 64-cü maddəsinin 1-ci hissəsində “orqan (qurum)” dedikdə Dövlət Əmək Müfəttişliyi Xidməti qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 23 iyun tarixli 924-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3 (I kitab), maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791, № 11, maddə 1408, № 12, maddə 1570; 2015, № 1, maddə 20; 2016, № 6, maddə 1050; 2018, № 10, maddə 2007, № 12 (I kitab), maddə 2615; 2019, № 2, maddə 206, № 5, maddə 844; 2020, № 8, maddə 1037, № 11, maddə 1348; 2022, № 6, maddə 596, № 8, maddə 863, № 11, maddə 1270; 2023, № 3, maddə 352) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasa “74-cü” sözlərindən əvvəl “64-cü maddəsinin 1-ci hissəsində,” sözləri əlavə edilsin;

3.2. iyirmi üçüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda iyirmi dördüncü abzas əlavə edilsin:

“həmin Məcəllənin 64-cü maddəsinin 1-ci hissəsində “orqan (qurum)” dedikdə Dövlət Əmək Müfəttişliyi Xidməti qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.

***

Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 3.5-ci bəndində nəzərdə tutulan hesabat formasını on beş gün müddətində təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həlli etsin.

***

Prezident İlham ƏliyevAzərbaycan Respublikası Prezidentinin “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli, “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 613 nömrəli, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 27 mart tarixli 975 nömrəli fərmanlarında və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 351 nömrəli, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 16 mart tarixli 1941 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1491; 2021, № 5, maddə 456; 2022, № 8, maddə 856) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənddə “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin;

1.2. 5.6-cı bənddə “müsabiqə və hərraca” sözləri “hərraca (auksiona və ya müsabiqəyə)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 613; 2020, № 7, maddə 898; 2021, № 7, maddə 729) ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin birinci cümləsində “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin;

2.2. 3.1.9-cu yarımbənddə “müsabiqə və hərraca” sözləri “hərraca (auksiona və ya müsabiqəyə)” sözləri ilə, “müsabiqə və hərracları” sözləri “hərracları (auksion və ya müsabiqəni)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251; 2022, № 8, maddələr 874, 885) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 3.0.55-ci yarımbəndində “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 190; 2001, № 10, maddə 640; 2003, № 9, maddə 512; 2008, № 9, maddə 798; 2009, № 5, maddə 319, № 7, maddə 579; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2021, № 7, maddə 766; 2022, № 12, maddə 1512) ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 2.1-ci bəndinin üçüncü abzasında “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 323; 2021, № 11, maddə 1235; 2022, № 5, maddə 485) ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nın 8.6.4-cü yarımbəndinin “Tədbirin adı” sütununda “müsabiqə və hərraca” sözləri “hərraca (auksiona və ya müsabiqəyə)” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 895-VIQD nömrəli Qanununun tətbiqi və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 895-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 8.7-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 8.7-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 895-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 721) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “8.6-cı” sözlərindən sonra “maddələrində, 8.7-ci maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;

3.2. 2.5-ci bəndə “8.4.1-ci” sözlərindən sonra “maddələrində, 8.7-ci maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 365, № 6, maddə 637; 2015, № 3, maddə 272; 2018, № 5, maddə 899; 2020, № 9, maddə 1149; 2021, № 6 (I kitab), maddə 588, № 8, maddə 926; 2022, № 8, maddə 859) ilə təsdiq edilmiş Əlavə 1 – “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.12-1-ci və 3.0.12-2-ci yarımbəndlər əlavə edilsin:

“3.0.12-1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, torpaq sahələrinin (su obyektlərinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə əsaslandırılmış təkliflər verir, bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsi (su obyekti) üzərində hüquqların ötürülməsi ilə bağlı müvafiq tədbirlər görür;

3.0.12-2. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsini həyata keçirir, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat verir;”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli 2469 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 838; 2007, № 8, maddə 769; 2013, № 11, maddə 1449; 2014, № 5, maddə 477; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384; 2020, № 9, maddə 1185; 2022, № 12, maddə 1512; 2023, № 3, maddə 391) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından, preambulasının birinci abzasının birinci cümləsindən, ikinci abzasının birinci və üçüncü cümlələrindən və 1-ci hissəsindən “alternativ və” sözləri çıxarılsın;

1.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” üzrə:

1.2.1. adından “alternativ və” sözləri çıxarılsın;

1.2.2. “Giriş” hissəsinin birinci və altıncı abzaslarının birinci cümlələrində “alternativ (bərpa olunan)” sözləri “bərpa olunan” sözləri ilə, üçüncü abzasının üçüncü cümləsində, dördüncü abzasının ikinci cümləsində, altıncı abzasının üçüncü cümləsində “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin;

1.2.3. “1. Dövlət proqramının məqsədi və əsas vəzifələri” hissəsinin üçüncü abzasında “alternativ (bərpa olunan)” sözləri “bərpa olunan” sözləri ilə, altıncı abzasında “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin;

1.2.4. “2. Azərbaycanda alternativ (bərpa olunan) enerji potensialı” hissəsinin adında və 2.5-ci bəndinin üçüncü abzasında “alternativ (bərpa olunan)” sözləri “bərpa olunan” sözləri ilə, 2.1-ci bəndinin birinci abzasında “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin;

1.2.5. “Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə Tədbirlər” hissəsinin adında və 2 – 4-cü bəndlərində “Alternativ (bərpa olunan)” sözləri “Bərpa olunan” sözləri ilə, 6-cı bəndində “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2701; 2021, № 6 (I kitab), maddə 606; 2022, № 5, maddə 532, № 8, maddə 912; 2023, № 3, maddə 390, № 4, maddə 534) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın “7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 7.2.7.3-cü yarımbəndinin “Tədbirin adı” sütununda “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 135; 2022, № 7, maddə 791) ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5.2-ci bəndinin birinci abzasının birinci cümləsindən və ikinci abzasının ikinci cümləsindən “alternativ və” sözləri çıxarılsın.

Previous Post

Prezident 6 fərman, 1 sərəncam imzaladı

Next Post

Putinlə görüşdə sazişi müzakirə edəcəm – Ərdoğan

Bənzər yazılar

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30

Rusiyadakı Kursk atom elektrik stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun soyutma qülləsinə sebtyabrın 17-si səhər saatlarında PUA zərbəsi endirilib. Bu...

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov tam ştatlı müəllimlərin seçim prosesi məsələsinə aydınlıq gətirib. Elchi.az...

Yardımlıda açıq ərazidə yanğın baş verib

Yardımlıda açıq ərazidə yanğın baş verib

18 Sentyabr 2026 - 23:25

Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib....

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

18 Sentyabr 2026 - 23:22

Ölkəmizin və can Azərbaycanımızın müstəqilliyi, millətimizin birliyi və dövlətlərimizin gələcəyi naminə şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər bu gün birlikdə...

Next Post
Putinlə görüşdə sazişi müzakirə edəcəm – Ərdoğan

Putinlə görüşdə sazişi müzakirə edəcəm - Ərdoğan

Putinlə görüşdə sazişi müzakirə edəcəm – Ərdoğan

Putinlə görüşdə sazişi müzakirə edəcəm - Ərdoğan

Son xəbərlər

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

20 Sentyabr 2026 - 12:55
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54
Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

20 Sentyabr 2026 - 12:51
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

20 Sentyabr 2026 - 12:49
Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

20 Sentyabr 2026 - 12:43
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

20 Sentyabr 2026 - 10:37
“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

20 Sentyabr 2026 - 10:35
“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

20 Sentyabr 2026 - 10:33
Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.