"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycanın hərbi qüdrəti təhlükəsizliyinin təminatçısıdır

17 İyul 2023 - 11:43
in SİYASƏT
FacebookVatsap

2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuraraq torpaqlarımızın Ermənistan tərəfindən işğalına birdəfəlik son qoyduqdan sonra ölkə Prezidenti İlham Əliyev dövlətimizin qarşısında duran iki əsas vəzifəni prioritet istiqamət olaraq müəyyən etmişdir. Bunlardan biri azad edilmiş ərazilərin – Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, digəri isə ölkənin hərbi qüdrətinin artırılmasıdır. Təbii ki, hər iki istiqamət ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Azad edilmiş rayon və bölgələrimizin bərpası və yenidən qurulması, ilk növbədə, keçmiş məcburi köçkün vətəndaşlarımızın 30 illik fasilədən sonra yenidən öz dədə-baba torpaqlarına qayıda bilmələri və eyni zamanda Azərbaycan ərazisinin iyirmi faizinin ölkənin iqtisadiyyatına təkrar reinteqrasiyası üçün zəruridir. Qeyd olunmalıdır ki, hər iki məqsədə nail olmaq üçün hazırda bütün lazım olan tədbirlər görülür, iri miqyaslı dövlət layihələri böyük vüsətlə həyata keçirilir.

Bunu da oxuyun

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

Elchi.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, ordumuzun müasirləşdirilməsi, mövcud hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi və yenilərinin yaradılması, azad edilmiş ərazilərimizdə gedən quruculuq işlərinin tam əmin-amanlıq və sabitlik şəraitində aparılması, “Böyük qayıdış” proqramı çərçivəsində öz tarixi yurd yerlərinə daimi yaşayış məqsədilə geri dönən insanlarımızın təhlükəsiz həyat şəraitinin təmin olunması üçün vacibdir:

“Beynəlxalq hüquq normalarının getdikcə daha çox və tez-tez pozulduğu, böyük dövlətlər tərəfindən bu hüququn əsas prinsiplərini təşviq edən beynəlxalq konvensiyaların tələblərinə açıq-aşkar etinasızlıq göstərildiyi müasir dünyada bir ölkənin özünün suverenliyini və ərazi bütövlüyünü, vətəndaşlarının azadlılqlarını təmin edə bilməsi üçün güclü orduya malik olması vacib şərtdir.”

Deputat vurğulayıb ki, Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirən ən mühüm məqamlardan biri azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma işlərinin ölkəmizin öz hesabına həyata keçirilməsidir:

“Ölkə Prezidenti İlham Əliyev iyulun 11-də 2023-cü ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edərək bildirdi ki, cari ilin altı ayı ərzində əsas istiqamət ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi olub. Bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkənin maliyyə durumu xeyli yaxşılaşıb. Bu il rekord həddə çataraq 33 milyard manatlıq göstəricini üstələyən dövlət büdcəsi, həm də ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verir ki, ölkə qarşısında duran əsas investisiya layihələri icra olunsun, dövlətin hərbi gücünü artırmaq üçün əhəmiyyətli addımlar atılsın. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət sayəsində makroiqtisadi sabitlik uzun illərdir təmin edilir. Manatın məzənnəsinin son altı il ərzində sabit qalması bu gün dünya praktikasında müşahidə olunan çox nadir hadisədir”.

K.Qafarov Prezident İlham Əliyevin öz çıxışında Ermənistanla olan münasibətlərə dair səsləndirdiyi fikirlərin önəmini qeyd edərək deyib:

“Bu gün Cənubi Qafqazda sülh, sabitlik və dayanıqlı inkişafın təmin olunmasında Azərbaycan-Ermənistan münasibətlərinin vacib rol oynadığı hər kəsə məlumdur. Azərbaycan Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü bərpa etməklə və bu əsasda yeni regional reallıqlar yaratmaqla bir çox üstünlüklərə sahib olmuşdur. Bu gün məhz Azərbaycanın yürütdüyü siyasət Ermənistan tərəfini də vacib müsbət addımlar atmağa sövq edir. Lakin nəticə yenə də təkcə bizim ölkədən asılı deyil. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. Ermənistanla sülh sazişi də yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalana bilər. Dövlət başçımızın bu imkanların hələ ki, tükənmədiyinə dair ifadə etdiyi fikirlər son dərəcə böyük ümidlər yaradır. Xüsusilə bu ilin may ayında Ermənistanın artıq Azərbaycan ərazisinin parametrlərini Qarabağ və anklav kəndlərimiz da daxil olmaq şərtilə rəsmən tanıması müsbət haldır və bu fikirlərin kağız üzərində də müvafiq imzalarla öz təsdiqini tapması yeni, xoşməramlı münasibətlərin yaradılmasına güclü təkan verə bilər”.

Previous Post

Azərbaycanın hərbi qüdrəti təhlükəsizliyinin təminatçısıdır

Next Post

Ukrayna: Qoşunlarımız 210 kvadrat kilometr ərazini azad edib

Bənzər yazılar

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:09

Bakı–Tbilisi–Bakı qatarında qatarların sayı artmaqla yanaşı qiymətlər də aşağı düşdü. Bu yaxşı xəbərdir, amma Gürcüstana gedərkən səyahət sığortasını unutmayaq. Ölkəyə...

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

02 Oktyabr 2026 - 16:41

Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları...

YAP-ın VIII Qurultayı başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

02 Oktyabr 2026 - 16:24

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı öz işini başa vurub. Elchi.az xəbər verir ki, Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib....

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Ukrayna: Qoşunlarımız 210 kvadrat kilometr ərazini azad edib

Ukrayna: Qoşunlarımız 210 kvadrat kilometr ərazini azad edib

Ukrayna: Qoşunlarımız 210 kvadrat kilometr ərazini azad edib

Ukrayna: Qoşunlarımız 210 kvadrat kilometr ərazini azad edib

Son xəbərlər

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

02 Oktyabr 2026 - 18:12
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

02 Oktyabr 2026 - 17:51
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

02 Oktyabr 2026 - 17:44
Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

02 Oktyabr 2026 - 17:37
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:33
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

02 Oktyabr 2026 - 17:25
İstanbulda insan alverində şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb

İstanbulda insan alverində şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb

02 Oktyabr 2026 - 17:18
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:09
Nazir Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib

Nazir Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib

02 Oktyabr 2026 - 17:05
Amsterdam metrosu fəaliyyətini tam dayandırıb

Amsterdam metrosu fəaliyyətini tam dayandırıb

02 Oktyabr 2026 - 16:56
Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb

02 Oktyabr 2026 - 16:47
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

02 Oktyabr 2026 - 16:41
Məktəblilər üçün “açıq qapı günü” tədbiri keçirildi

Məktəblilər üçün “açıq qapı günü” tədbiri keçirildi

02 Oktyabr 2026 - 16:35
Azərbaycan və Türkiyə müdafiə nazirləri “ADEX 2026” sərgisini ziyarət ediblər

Azərbaycan və Türkiyə müdafiə nazirləri “ADEX 2026” sərgisini ziyarət ediblər

02 Oktyabr 2026 - 16:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.