"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

İqtisadçı deputatdan şok Gömrük İttifaqı açıqlaması…

25 Avqust 2014 - 01:32
in İQTİSADİYYAT
FacebookVatsap

“Gömrük İttifaqından ötrü “ürəyi axıb, sinoy gedənlərin” nəzərinə çatdırmağı vacib bilirik ki…”7354

Bunu da oxuyun

Azərbaycan nefti 96 dollara satılır

Qızıl və gümüş ucuzlaşıb

Bu günün valyuta məzənnələri

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Rusiyanın bir sıra Qərb ölkələrinə tətbiq etdiyi ərzaq və kənd təsərrüfatı məhsullarına bir illik embarqonun ehtimal olunan nəticələri barədə Moderator.az-a olduqca maraqlı təhlil göndərib, onu oxuculara təqdim edirik:

 

QARŞILIQLI  EMBARQOLAR: qarşılıqlı və dolayı təsirlər…

Dövlətlərarası münasibətlərdə embarqo çox sərt tədbirdir. Onun birbaşa və əks təsiri, bumeranq effekti olur. Bu baxımdan Ukrayna ətrafında gedən proseslərlə bağlı Qərb və Rusiyanın timsalında  tərəflərin bir-birinə tətbiq etdiyi embarqonun fəsadları artan xətlə yüksəlməkdədir….

ABŞ və Avropa Birliyinin Rusiyaya tətbiq etdikləri embarqonun bu ölkənin iqtisadiyyatına təsiri getdikcə artmaqdadır.Qərbin Rusiyanı dünya maliyyə bazarından kənarda saxlaması bu ölkənin iqtisadiyyatına sarsıdıcı təsir göstərir.Rusiyanın enerji daşıyıcılı ölkə olması  bu məsələdə onun köməyinə çatsa da, tək bu amilin hesabına vəziyyətdən çıxmaq mümkün olmayacaq. Ekspert qiymətləndirmələrinə görə, bu il Rusiyada iqtisadi artım 0,5 faizin ətrafında olacaq ki, bu əslində ölkə iqtisadiyyatının staqnasiya burulğanına girməsi deməkdir. Rusiyanın tanınmış iqtisadçılarından olan keçmiş maliyyə naziri Kudrinin hesablamalarına görə, Qərbin tətbiq etdiyi embarqo yaxın 3 ildə Rusiya iqtisadiyyatına birbaşa ən azı 200 milyard dollar ziyan vuracaq. Amma bu rəqəm plankanın aşağı həddidir, dolayı itkilər daha çox olacaq.Təkcə son bir ay ərzində Rusiyanın strateji valyuta ehtiyatları 10 milyard dollara qədər azalaraq 468 milyard dollar enib ki, bu da dünya strateji valyuta ehtiyyatının cəmi 4 faizi qədərdir.Bunun müqabilində Rusiyanın xüsusi və federal sektor üzrə ümumi borcu 721 milyard dollara çatıb. Bununla yanaşı Rusiyanın Avropa Enerji Xartiyasını pozub,YUKOS-un aktivlərini qəyri-qanuni şəkildə mənimsəməsi ilə bağlı Haaqa Arbitraj Məhkəməsinin Rusiyaya qarşı 50 milyard dollarlıq təzminat qərarı  onun getdikcə ağırlaşan maliyyə durumuna əlavə ciddi zərbə olacaq.  Əgər nəzərə alsaq ki, Rusiyanın xarici borcu onun valyuta ehtiyatndan 1,5 dəfə yüksəyə qalxıb, onda ABŞ və Avropa Birliyinin son sanksiyalarının və Haaqa Arbitraj Məhkəməsinin 50 milyard dollarlıq təzminat qərarınının Rusiya maliyyə-bank sisteminə necə ciddi təsir edəcəyini təsəvvür etmək çətin deyil.

Yeri gəlmişkən, Gömrük  İttifaqından ötrü “ürəyi axıb, sinoy gedənlərin”  nəzərinə onu da çatdırmağı vacib bilirik ki,Rusiyda iqtisadi artımın kəskin surətdə enməsi, Gömrük  İttifaqının ikinci böyük dövləti olan Qazaxıstan iqtisadiyyatına da ciddi şəkildə mənfi təsir göstərməyə başlayıb. Deməli, Gömrük  İttifaqının üzvləri onun faydasını görmədən, Rusiya iqtisadiyyatında gedən proseslərin təsiri ilə  artıq ziyanını görməyə başlayıblar.

ABŞ və Avropa Birliyinin Rusiyaya tətbiq etdikləri embarqoya cavab olaraq, Rusiya da ABŞ və AB-yə embarqo tədbiq etdi. Rusiya prezidentinin göstərişi ilə ABŞ kənd təsərrüfatı məhsullarının  bu ölkəyə idxalı qadağan olunub. Avropa Birliyindən Rusiyaya idxal olunan bütün növ meyvə və tərəvəz də qadağalar sırasına düşüb.Təbii ki, Rusiyanın embarqosunun ABŞ iqtisadiyyatına elə bir təsiri olmayacaq. Rusiyanın embarqosunun maliyyə tutumu Avropa Birliyinin ümumi daxili məhsulunun cəmi 0,1 faizini təşkil etdiyindən, ilk həftələrdəki narahatçılıq və Rusiyaya daha çox mal göndərən bir neçə Avropa ölkəsində yaranan problemlər(onun da əvəzi ödəniləcək) istisna olmaqla,müəyyən təsiri labüd olsa da,elə bir ciddi təsiri olmayacaq…Qərb yüksək texnologiyalar ölkələrindən ibarətdir. İlk mərhələnin qismən itkiləri istisna olmaqla, məhsulların xarici bazara çıxarılma imkanı məhdudlaşan hissəsini emal edib,son məhsula çevirəcək və o cür satacaqlar.

Rusiya iqtisadiyyatı, embarqo tətbiq edib, onda fayda götürə biləcək dərəcədə gücə malik olan iqtisadiyyat olmadığından, o bu addımı ilə öz iqtisadiyyatını daha pis günə qoyacaq, Rusiyada ərzaq məhsullarının qiymət artımı güçlənəcək və həm də bu həmin ölkənin beynəlxalq səviyyədə təcrid olunmasına əlavə impuls verəcək.  Rusiya rəhbərliyinin tətbq etdiyi embarqo sonacan hesablanmış addım olmadığından, yenidən bəzi məhsulları Qərbə qarşı tətbiq etdiyi sanksiyalar siyahısından çıxarmağa məcbur olub….

Bu gedişlə təxmin etmək olar ki,region ölkələri içərisində həmin sanksiyalardan daha çox Türkiyə faydalana bilər,çünki Rusiya bazarına nəzərəçarpan  dərəcədə əlavə məhsul çıxarmaq imkanına malikdir. Azərbaycan da işləri Türkiyə kimi düzgün və operativ qura bilsə,Rusiya bazarına indi göndərdiyindən xeyli çox meyvə, xüsusən də alma,armud,şaftalı, xurma,üzüm,heyva,feyxoa, mandarin  və sair, eləcə də tərəvəz, xüsusən də pomidor, xiyar çıxarmaq imkanı var.Artıq Rusiyanın paytaxtı Moskva şəhərində “Azərbaycan məhsulları” yarmarkası açılıb.Amma bu həm iki aylıq yarmarkadır, həm də bu işin qısa zaman kəsiyində effektli təşkili xeyli çətin məsələdi. İşlər  elə təşkil olunmalıdır ki,bu imkandan  işbazlar yox, həmin işin zəhmətini çəkən fermerlər və fermer birlikləri daha çox faydalana bilsin.Həm də elə məhsullar var ki, onların istehsalını artırmaqdan ötrü bir neçə il vaxt lazımdır.Rusiyanın tətbiq etdiyi embarqo  isə hələlik bir il müddətinə qoyulduğundan, bu məsələnin ətrafında orta müddətə əlavə məhsul verimi ilə nəticələnən layihələr qurmaq və bu işə yetərincə maliyyə yönəltmək  xeyli risklidir.Ona görə də Azərbaycan fermerlərinın Rusiya meyvə-tərəvəz  bazarının boşalmasından faydalanması üçün zəruri şərait yaradılmalıdır. Süni manelər aradan qaldlrılmalı, xaricə mal çıxarmaq imkanı olan fermerlər dəstəklənməlidir. Digər tərəfdən isə Moskvaya kənd təsərrüfatı məhsullarını göndərilməsi imkanın artması Azərbaycanda bir sıra məhsulların qiymətlərində artımla müşayət olunur. Ona görə də bu sahədə tam sabitliyə nail olmaq mümkün olmasa da, hər halda əlavə tənzimləyici tədbirlər görülməlidir ki, Azərbaycandan meyvə-tərəvəz ixracının artması, ölkəmizdə qiymət artımının siddi nəticələr törədən dərəcədə sürətlənməsinə gətirib çıxarmasın.”

Previous Post

“Azəriqaz” məhkəməyə verildi

Next Post

Tünzalə Ağayevanın duet ortağı özünü asdı

Bənzər yazılar

Bakı nefti 113 dolları ötdü

Azərbaycan nefti 96 dollara satılır

28 İyul 2026 - 09:46

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7.15...

Əmtəə bazarlarında qızıl ucuzlaşır

Qızıl və gümüş ucuzlaşıb

28 İyul 2026 - 09:35

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,85% azalaraq 4101.2 ABŞ dollarına bərabər olub. Elchi.az birja məlumatlarına istinadən...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

28 İyul 2026 - 09:27

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, iyulun 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Azərbaycan və Braziliya gömrük xidmətləri arasında əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Braziliya gömrük xidmətləri arasında əməkdaşlıq planı imzalanıb

27 İyul 2026 - 18:56

İyulun 27-də Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho Azərbaycana səfərə gəlib. Elchi.az bu barədə Dövlət Gömrük Komitəsinə...

Next Post

Tünzalə Ağayevanın duet ortağı özünü asdı

Tünzalə Ağayevanın duet ortağı özünü asdı

Son xəbərlər

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
“Sabah” Finlandiya səfərində – Canlı

“Sabah” Finlandiya səfərində – Canlı

28 İyul 2026 - 19:08
“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

28 İyul 2026 - 18:57
Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə!

30 mindən çox abituriyent imtahana gəlmədi

28 İyul 2026 - 18:48
U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı

U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı

28 İyul 2026 - 18:36
Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

28 İyul 2026 - 18:26
Sahibə Qafarova Efiopiyaya səfərə gedib

Sahibə Qafarova Efiopiyaya səfərə gedib

28 İyul 2026 - 18:19
Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

28 İyul 2026 - 18:11
İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

28 İyul 2026 - 17:59
İtaliya 37 ildən sonra nüvə energetikasına qayıdır

İtaliya 37 ildən sonra nüvə energetikasına qayıdır

28 İyul 2026 - 17:48
U-17 dünya çempionatı: Əli Cavadlı finala vəsiqə qazandı

U-17 dünya çempionatı: Əli Cavadlı finala vəsiqə qazandı

28 İyul 2026 - 17:36
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

28 İyul 2026 - 17:25
Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq

Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq

28 İyul 2026 - 17:19
Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

28 İyul 2026 - 17:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.