"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Muğam aləmi”nin mükafatlandırma mərasimi oldu

26 İyun 2023 - 11:22
in CƏMİYYƏT
FacebookVatsap

İyunun 25-də Heydər Əliyev Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti keçirilib.
Elchi.az xəbər verir ki, iyunun 18-25-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə baş tutan festival zəngin proqramı ilə muğamsevərləri bir araya toplayıb.
8 gün ərzində Bakının fərqli məkanlarında, eləcə də mədəniyyət paytaxtımız Şuşada müxtəlif ölkələri təmsil edən gənc və peşəkar muğam ifaçılarının konsertləri olub, Beynəlxalq simpozium təşkil edilib. Festival çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsi də keçirilib.
“Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və himayəsi altında keçirilir.
Festival çərçivəsində təşkil olunan konsertlər, eləcə də muğam müsabiqəsi gənc istedadların üzə çıxarılmasına və tanınmasına xidmət edir, onların sənətkarlıq keyfiyyətlərinin daha da cilalanmasında yeni bir mərhələ rolunu oynayır.
Festivalın builki tədbirləri barədə Beynəlxalq Muğam Müsabiqəsinin Münsiflər Heyətinin sədri, Xalq artisti Siyavuş Kərimi, mədəniyyət nazirinin müavini Murad Hüseynov danışıb.
Siyavuş Kərimi bildirib ki, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı regionların ənənəvi musiqi mədəniyyətlərinin bir çox görkəmli nümayəndələrini, eyni zamanda, gənc musiqiçi, bəstəkar, tədqiqatçı, təbliğatçı və həvəskarlarını bir araya toplayıb bölgələrdəki mövcud vəziyyətin və orada formalaşmaqda olan ənənələrin nümayiş olunduğu beynəlxalq müstəviyə çevrilib.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında bildirib ki, səkkiz gün davam edən festivalda çoxsaylı tədbirlər keçirilib: “Biz çox sevinirik ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsası qoyulmuş festival artıq öz ənənələrini yaradıb. Altıncı dəfə reallaşan beynəlxalq festivalın keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığımızı ifadə edirik”.
Yekun konsertin ən təntənəli məqamı isə Heydər Əliyev Mərkəzinin Auditorium zalının səhnəsinə çıxan Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub.
Xatırladaq ki, müsabiqə xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib. Müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı yarışıb. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.
6-cı Beynəlxalq Muğam Müsabiqəsinin instrumental ifaçılıq üzrə qalibləri: “Qran Pri” – Vaqif Təhməzov (Azərbaycan), 1-ci yer – Anar Vəlizadə (Azərbaycan), 2-ci yer – Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yer – Cahandar Mikayılov (Azərbaycan).
Xanəndə ifaçılığı üzrə: “Qran Pri” – Mohiçehra Şahmurotova (Özbəkistan), 1-ci yer – Mirəli Sarızadə (Azərbaycan), 2-ci yer – Daşqın Kürçaylı (Azərbaycan), 3-cü yer – Dostmurod Negmurodov (Özbəkistan). Qaliblərə müsabiqənin sertifikatları təqdim edilib.
Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçib.
Beynəlxalq Musiqi Festivalının Heydər Əliyev Mərkəzində təşkil olunan yekun konsertinə “Natiq” ritm qrupu ilə start verilib. Azərbaycanın Xalq artisti Alim Qasımovun ifası, eləcə də “Mirvari” rəqs ansamblının çıxışı gecəyə xüsusi rəng qatıb. Daha sonra məşhur kaman ifaçısı İmamyar Həsənovun, eləcə də Xalq artisti Natiq Şirinov, tarzən Rüfət Həsənov, musiqiçilər Ümid Şirinov və Hikmət Şirinovun çıxışı olub.
Sonra 6-cı Beynəlxalq Muğam Müsabiqəsi qalibləri səhnəni ustadları – Xalq artistləri Elçin Həşimov, Fərqanə Qasımova, Əməkdar artistlər Elnur Əhmədov, Şirzad Fətəliyev, Təyyar Bayramov və digərləri ilə bölüşüblər.
Konsertin yekun akkordu “Qarabağ şikəstəsi” ilə vurulub və ifanı Xalq artisti Mənsum İbrahimov konsertin digər bütün iştirakçıları ilə birgə təqdim edib.

Bunu da oxuyun

“Erkən nikah ailə məsələsi deyil”

Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək

Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib

Previous Post

“Muğam aləmi”nin mükafatlandırma mərasimi oldu

Next Post

Bayramov ABŞ-a yola düşdü – XİN

Bənzər yazılar

“Erkən nikah ailə məsələsi deyil”

“Erkən nikah ailə məsələsi deyil”

11 Sentyabr 2026 - 14:38

Azyaşlını erkən nikaha məcbur etməyin cəzası nədir? - Vəkildən mühüm açıqlamalar Azərbaycanda nikah yaşı 18-dir və erkən evliliyin qarşısının alınması...

Milli Məclisin iclası başlayıb

Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək

11 Sentyabr 2026 - 12:18

Milli Məclisdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək. Elchi.az xəbər verir ki, bu, parlamentin Elm və təhsil komitəsinin 2026-cı il yaz...

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib

11 Sentyabr 2026 - 12:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu...

Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

11 Sentyabr 2026 - 11:55

"Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir". Elchi.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun səlahiyyətlərini müvəqqəti icra...

Next Post
Ceyhun Bayramov Britaniyada mühüm konfransda

Bayramov ABŞ-a yola düşdü - XİN

Qalaktikamızdaki qara dəlik “yuxuda deyil”

Qalaktikamızdaki qara dəlik "yuxuda deyil"

Son xəbərlər

“Erkən nikah ailə məsələsi deyil”

“Erkən nikah ailə məsələsi deyil”

11 Sentyabr 2026 - 14:38
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

11 Sentyabr 2026 - 12:29
Milli Məclisin iclası başlayıb

Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək

11 Sentyabr 2026 - 12:18
Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib

11 Sentyabr 2026 - 12:11
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir

Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir

11 Sentyabr 2026 - 12:04
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

11 Sentyabr 2026 - 11:55
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb

Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb

11 Sentyabr 2026 - 11:46
Yuxu zamanı işığa məruz qalmaq ürək sağlamlığına zərər verir

Yuxu zamanı işığa məruz qalmaq ürək sağlamlığına zərər verir

11 Sentyabr 2026 - 11:38
Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

11 Sentyabr 2026 - 11:30
Trampın 5 min dollarlıq çek vədi hökumətdə qarışıqlıq yaratdı

Trampın 5 min dollarlıq çek vədi hökumətdə qarışıqlıq yaratdı

11 Sentyabr 2026 - 11:27
Kaliforniyada uşaqların internet istifadəsinə qoruma

Kaliforniyada uşaqların internet istifadəsinə qoruma

11 Sentyabr 2026 - 11:16
İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

11 Sentyabr 2026 - 11:08
Ağdərədə mina partlayışı baş verib

Ağdərədə mina partlayışı baş verib

11 Sentyabr 2026 - 10:59
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

11 Sentyabr 2026 - 10:50
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq

Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq

11 Sentyabr 2026 - 10:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.