"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir – Deputat

13 İyun 2023 - 10:21
in SİYASƏT
FacebookVatsap

İki il bundan öncə, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən qədim Şuşa şəhərində iki qardaş ölkənin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənəd – “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu il təkcə Azərbaycanın deyil, bütün türk dünyasının 100 illik yubileyini böyük təntənə ilə qeyd etdiyi Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının, əslində, iki ölkə arasında strateji müttəfiqlik konsepsiyası olması da Şuşa Bəyannaməsinin imzalanması ilə öz təsdiqini tapdı. Bəyannamə Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən mesaj oldu. Türkiyə və Azərbaycan indiyə qədər də bütün məsələlərdə bir yerdə olublar, bundan sonra da bu birlik davam edəcək.
Elchi.az xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında deputat Kamaləddin Qafarov deyib.
Deputat Şuşa Bəyannaməsinin regional sülhü təmin edən sənəd olduğunu da diqqət mərkəzinə çəkib:
“Şuşa Bəyannaməsi bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Qeyd olunduğu kimi, artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması ilə bağlı da razılığa gəlib. Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir.”
K.Qafarov Şuşa Bəyannaməsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yeni sərmayə qoyuluşunun stimullaşdırılması məsələsində mühüm rol oynadığını vurğulayaraq deyib:
“Bu gün Azərbaycan işğaldan azad edilmiş torpaqlarında möhtəşəm bərpa və yenidənqurma işləri həyata keçirir. Bölgədə gedən proseslər bunu deməyə əsas verir ki, Şuşa Bəyannaməsinin icrası əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Regionun artan investisiya potensialı isə yeni iqtisadi münasibətlərin formalaşmasını şərtləndirir. İşğaldan azad olunmuş ərazilərimizin və ümumilikdə regionun onsuz da yüksək olan investisiya potensialı getdikcə daha da artır. Bu artım isə, öz növbəsində bölgədə yeni iqtisadi münasibətlərin formalaşmasına yol açır. Xüsusilə Şuşa və ətraf ərazilərin gözəl turizm imkanları diqqəti cəlb edir. Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha perspektivli olmasını sübut edən mühüm amillərdən biri də əlbəttə ki, Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması niyyəti ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında bundan sonra daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Eyni zamanda da, Şuşada konsulluğun açılması Qarabağda Türkiyənin varlığını nümayiş etdirən çox mühüm siyasi mesajdır”.

Bunu da oxuyun

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Milli Məclisdə dini abidələrin durumu mövzusunda ictimai müzakirə keçiriləcək

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

 

Previous Post

Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir – Deputat

Next Post

Məşhur aktyor motosiklet qəzasında ölüb

Bənzər yazılar

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

23 Sentyabr 2026 - 13:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul...

Parlamentin növbəti komitə iclası keçirilir

Milli Məclisdə dini abidələrin durumu mövzusunda ictimai müzakirə keçiriləcək

23 Sentyabr 2026 - 11:59

Milli Məclisdə dini abidələrin durumu mövzusunda ictimai müzakirə keçiriləcək. Elchi.az-ın xəbərinə görə, bu barədə məsələ parlamentin İctimai birliklər və dini...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

23 Sentyabr 2026 - 11:41

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama görə, azadlıqdan məhrum...

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib – FOTO

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib – FOTO

23 Sentyabr 2026 - 11:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul...

Next Post
Məşhur aktyor motosiklet qəzasında ölüb

Məşhur aktyor motosiklet qəzasında ölüb

Məşhur aktyor motosiklet qəzasında ölüb

Məşhur aktyor motosiklet qəzasında ölüb

Son xəbərlər

Üç vəkil cəzalandırıldı, ikisinə xəbərdarlıq olundu

Üç vəkil cəzalandırıldı, ikisinə xəbərdarlıq olundu

23 Sentyabr 2026 - 14:14
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

23 Sentyabr 2026 - 14:07
Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

23 Sentyabr 2026 - 14:00
Mərkəzi Bankın inflyasiya proqnozu

Mərkəzi Bankın inflyasiya proqnozu

23 Sentyabr 2026 - 13:51
“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 - 13:42
Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

23 Sentyabr 2026 - 13:30
İki stansiya buna görə pulsuz olubmuş – RƏSMİ

İki stansiya buna görə pulsuz olubmuş – RƏSMİ

23 Sentyabr 2026 - 13:18
Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

23 Sentyabr 2026 - 13:09
Fransa Ukraynada Avropa qoşunlarının yerləşdirilməsinə icazə verib

Fransa Ukraynada Avropa qoşunlarının yerləşdirilməsinə icazə verib

23 Sentyabr 2026 - 13:00
Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

23 Sentyabr 2026 - 12:52
QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

23 Sentyabr 2026 - 12:47
Millimiz bu gün Ermənistanla qarşılaşacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

23 Sentyabr 2026 - 12:38
Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

23 Sentyabr 2026 - 12:27
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Sabah 35 dərəcə isti olacaq

23 Sentyabr 2026 - 12:18
ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

23 Sentyabr 2026 - 12:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.