Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.
Bu barədə Elchi.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, təzə balığın, südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, arağın qiymətində qeyd edilib.
Bahalaşma isə əsasən düyünün, mal, qoyun və toyuq ətinin, yoqurtun, xamanın, zeytun yağının, limonun, almanın, balqabağın, kələmin, yerkökünün, şəkər və şəkər tozunun, mineral suların qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ermənistanda 15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
Ermənistanda yük maşını və 15 avtomobilin iştirakı ilə qəza baş verib. Bu barədə Elchi.az Ermənistan mediasına istinadən xəbər verir. Hadisə...





















Son şərhlər