Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Bəxtiyar Səidovla strateji tərəfdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə Elchi.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Özbəkistan naziri Azərbaycan Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb, ölkəmizin müstəqilliyinin möhkəm və davamlı olmasını arzulayıb.
Telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında ikitərəfli və regional əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.
Nazir Ceyhun Bayramov Özbəkistanlı həmkarına təbriklərə görə öz minnətdarlığını bildirib, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi təltif edib....





















Son şərhlər