Müharibə başlayandan bu günə qədər 20 min ukraynalı uşaq Rusiyaya zorla deportasiya edilib. Bu cinayət sənədləşdirilib və beynəlxalq cinayət məhkəməsi cinayətkarların həbsinə order verib.
Elchi.az xəbər verir ki, bunu Ukrayna Ali Radanın sədr müavini Olena Kondratyuk Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.
Ali Radanın sədr müavini Azərbaycana müraciət edərək bütün ukraynalı uşaqların evlərinə qaytarılmasında onlara kömək etməyi istəyib.
Zaxarova: Rusiyanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında əldə olunan razılaşmalar aktuallığını qoruyur
Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan normallaşması üzrə əldə olunan razılaşmalar aktuallığını qoruyur. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər...






















Son şərhlər