"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edir…

08 May 2023 - 18:06
in GÜNDƏM
FacebookVatsap

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın məhz Şuşada keçirilməsi xüsusi siyasi önəm kəsb edən bir hadisədir. Şəhəri ziyarət edən qonaqlar ermənilərin burada işğal dövründə törətdikləri dağıntıları gördükdən sonra, artıq onlarda da Şuşanın kimə məxsus olduğuna dair heç bir şübhə qalmır. Yalnız yadelli işğalçılar bir şəhərin tikililərinə, mədəni-tarixi abidələrinə qarşı belə vandallıqlara yol verə bilərlər. İyirmi səkkiz il ərzində ermənilər Şuşanın yaşaması və inkişaf etməsi üçün heç nə etməyiblər. Artıq bir neçə gündən sonra 100 illiyini böyük təntənə ilə qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
Elchi.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.
Deputat deyib ki, beynəlxalq konfransın iştirakçıları ilə görüşmək üçün Şuşaya səfər etmiş Prezident İlham Əliyev burada dünyanın aparıcı beyin mərkəzlərinin, təhlil və tədqiqat institutlarının ekspertlərinin suallarını cavablandırıb:
“Hər zaman olduğu kimi, möhtərəm dövlət başçımız prinsipial mövqelərdən çıxış edərək, bütün məsələlərə Azərbaycanın və eyni zamanda da bütün Cənubi Qafqaz regionunun maraqlarına cavab verən yanaşma nümayiş etdirib. Prezident İlham Əliyevin açıqlamalarında konkret məsələlərə dair konstruktiv çağırışlar və mesajlar əks olunub. Diqqətəlayiq məqamdır ki, konfransda iştirak edən bəzi analitiklər hətta öz ölkələrinin də müəyyən məsələlərdə Azərbaycana qarşı ikili standartlar
siyasəti yürütdüklərini etiraf ediblər. Məsələn, ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şafer öz ölkəsinin bu yaxınlarda açıqlanmış Təhlükəsizlik Strategiyasında ABŞ-ın Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü və Ermənistanla Azərbaycan arasında sülhü təşviq etməli olduğunun qeyd edildiyini bildirdi. Ekspert açıq mətnlə bildirdi ki, bu sözlər açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünü təşviq etmir. Məsələnin maraqlı tərəfi isə budur ki, xanım Şafer bu prinsipin müəyyən ölkələrə şamil edilib, digərlərinə edilməməsinin səbəbini ABŞ-da deyil, Azərbaycanda axtarır. Səbəb isə, cənab Prezident İlham Əiyevin dediyi kimi, Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik olması və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdləridir. Məhz bu səbəbdən ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, eləcə də Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında bu ölkələrin ərazi bütövlüyünə dəstəklə bağlı hər zaman açıq-aşkar ifadələr yer alıb. Azərbaycana münasibət isə tam fərqli olub. İşğal dövründə isə bu münasibət daha ədalətsiz və haqsız idi. Təbii ki, həmin dövrdə Azərbaycan bu məsələyə daha həssas yanaşırdı. Lakin indi bu həssaslıq çox dəfələrlə azalıb və bu da regionda 2020-ci ildən sonra formalaşmış yeni geosiyasi reallıqların daha bir təzahürüdür. Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. Daha önəmli olan budur ki, Ermənistan özü ötən ilin oktyabrında Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalamaqla, 1991-ci il Almatı Bəyannaməsinin normallaşma üçün əsas kimi götürülməli olduğunu təsdiqləməklə, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü Qərbdəki bəzi dostlarından daha açıq şəkildə tanıyır”.
K.Qafarov beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanın rolu ilə bağlı məsələnin müzakirə olunmasının önəmli bir məqam olduğunu vurğulayaraq deyib:
“Böyük Britaniyanın Xarici İnkişaf İnstitutunun qlobal risk üzrə eksperti İlayda Nicharın sualını cavablandırarkən cənab Prezident İlham Əliyev bir neçə önəmli məqamla bağlı ətraflı açıqlamalar verdi. İlk növbədə, dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə son dərəcə fəal və təşkilatın tərkibində daim ən mühüm ölkələrdən biri olub. Təşkilatın yaradılması haqqında bəyannamənin 10 il bundan əvvəl Naxçıvanda qəbul edilməsi də çox önəmli faktordur. Sonradan təşkilatın adının dəyişdirilməsi məsələnin mahiyyətini dəyişmir. Vacib olan budur ki, təşkilatın bütün üzvləri əsas məqsəd uğrunda, yəni Türk Dövlətləri Təşkilatının daha vacib beynəlxalq oyunçuya çevrilməsi üçün daha böyük səylə çalışmalıdırlar. Prezident İlham Əliyevin dediyi kimi, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır. Buna bir çox resurs və imkanlar – əhali, coğrafiya, nəqliyyat marşrutları, Avrasiya komponenti, enerji ehtiyatları şərait yaradır”.

Bunu da oxuyun

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Previous Post

Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edir…

Next Post

Ceyhun Bayramov Litva lideri ilə görüşdü

Bənzər yazılar

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəli hadisə və bundan sonra baş...

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39

Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Elchi.az xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü...

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 - 12:29

Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb....

Next Post
Ceyhun Bayramov Litva lideri ilə görüşdü

Ceyhun Bayramov Litva lideri ilə görüşdü

Ceyhun Bayramov Litva lideri ilə görüşdü

Ceyhun Bayramov Litva lideri ilə görüşdü

Son xəbərlər

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

31 Oktyabr 2026 - 13:19
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

31 Oktyabr 2026 - 13:07
31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr 2026 - 12:42
Böyük Britaniya İrana xəbərdarlıq etdi

Böyük Britaniya İrana xəbərdarlıq etdi

31 Oktyabr 2026 - 12:21

FHN yanğın-taktiki təlim keçirib – VİDEO

31 Oktyabr 2026 - 12:10
Bakıda maşın velosipedçini vuraraq öldürüb

Bakıda maşın velosipedçini vuraraq öldürüb

31 Oktyabr 2026 - 11:51
Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

31 Oktyabr 2026 - 11:30
Əksər yerlərdə yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

Əksər yerlərdə yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

31 Oktyabr 2026 - 11:13
Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

31 Oktyabr 2026 - 10:53
Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

31 Oktyabr 2026 - 10:40
“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

31 Oktyabr 2026 - 10:26
Azərbaycan nefti 126 dollara satılır

Azərbaycan nefti 126 dollara satılır

31 Oktyabr 2026 - 10:13
ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.