"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Xoşluqla Azərbaycanın yurisdiksiyasına qayıtmayacaqlar”

05 May 2023 - 11:10
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Ermənistan sülh danışıqları ilə başımızı qatıb bizi ciddi addımlar atmaqdan yayındırmağa çalışır”

Bunu da oxuyun

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

Makron Rusiya ilə bağlı Trampa müraciət edəcək

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir

– Qüdrət bəy, Vaşinqtonda Ermənistanla sülh danışıqları yenə heç bir nəticə vermədi. Azərbaycan nə vaxta qədər bu mənasız danışıqları davam etdirməlidir?

– Əvvəllər də demişəm, Xankəndi üzərində dövlət suverenliyini bərpa edəndən sonra biz ədalətli sülhə nail ola bilərik. Hazırda Qarabağdakı işğalçı rejim de-fakto “müstəqil dövlət” kimi fəaliyyət göstərir və onlar xoşluqla Azərbaycanın yurisdiksiyasına qayıtmayacaqlar. Ermənistan sülh danışıqları ilə başımızı qatıb bizi ciddi addımlar atmaqdan yayındırmağa çalışır. Onlar Türkiyədə Erdoğanın məğlub olub yerinə Qərbin yönləndirdiyi birisinin hakimiyyətə gəlməsini, Ukraynada Rusiyanın məğlub olub dağılmasını gözləyirlər. İnanırlar ki, Rusiyada və Türkiyədəki Qərbyönümlü hakimiyyətlər onların işğalçılıq siyasətinə Türkiyənin timsalında göz yumacaq, Rusiyanın timsalında isə birinci Qarabağ savaşında olduğu kimi açıq dəstək verəcəklər. Əminəm ki, hakimiyyət də bunu bilir və əlverişli imkan yaranan kimi Xankəndidəki işğalçı qoşunlar tərksilah ediləcək və Azərbaycan dövlət sərhədlərini tam bərpa etdiyi kimi, ərazi bütövlüyümüzü də tam bərpa edəcəkdir. Problemin sülh yolu ilə həlli üçün işğalçı dövlətə təzyiq edilməlidir, bu təzyiqi isə vasitəçilərdən heç kim etmir. İstisnasız olaraq bütün vasitəçilər bölgədə olmaq və Azərbaycana təzyiq imkanlarını saxlamaq üçün Xankəndindəki işğalçı-quldur rejimin qorunub saxlanılmasında maraqlıdır. Biz həm də islamafobiyanın və xristian həmrəyliyinin, onlarla bərabər irqçi panfarsizm riyakarlığının ağrı-acısını yaşamaqdayıq.

– Prezidentin Qarabağa son səfəri, yer üzündən silinmiş yaşayış məntəqələrinin yenidən qurulması işlərinə geniş miqyasda başlanılması barədə də fikrinizi bilmək istərdik.

– Görülən işlər barədə xarici işlər nazirliyi beynəlxalq ictimaiyyət üçün mütəmadi laraq məlumat yaymalı, erməni vəhşiliyi səbəbindən dağıdılmış şəhər və kəndlərimizin bərpası barədə gecə-gündüz danışılmalıdır. Erməni vandalizmi və qəddarlığı hər imkanda dünya birliyinin diqqətinə çatdırılmalıdır. Mən görülən işləri alqışlayıram, amma kəndlərin necə bərpa olunması və birləşdirilməsi məsələsi ictimai rəy sorğuları keçirilməklə həyata keçirilməlidir. Kəndlərin şəhər tipli qəsəblər formasında bərpası, kənd sakinlərinə 600 kv.m həyatyanı torpaq sahəsi ayırmaqla həyatyanı təsərrüfata sahib olmaq imkanlarından məhrum edilməsi birmənalı qarşılanmır. “Ərazi qurluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun 7.2 -ci maddəsinə əsasən, Azərbaycanın bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Amma göründüyü kimi hökumət nəinki yerli əhalinin, hətta qanunverici orqanın belə fikrini öyrənməyə ehtiyac hiss etmir. Ən yaxşı iş də qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Qanunvericilikdə, “Bələdiyyələrin statusu haqqında” Qanunun 26-cı maddəsində yerli əhəmiyyətli məsələlərə dair ictimai rəy sorğularının keçirilməsi nəzərdə tutulur, təəssüf ki, müstəqillik illərində bir dəfə də olsun belə sorğu keçirilməyib. Bu yaxınlarda qeyd etmişdim, İsveçrədə hər il ölkə miqyasında müxtəlif məsələlərə dair 3-4 referendum keçirilir. Milli Məclisdə “İctimai iştirakçılıq haqqında” Qanuna dəyişiklik müzakirə olunur (əslində təsdiq olunur), amma 6-7 deputat çıxışa yazılsa da bir deputata belə çıxış imkanı yaradılmır. Təkid etsəm də, sədr başını aşağı salır, özünü görməməzliyə vurur və səsvermə keçirir. Bu halda qəbul olunan qanunun nə əhəmiyyəti olacaq?…

– Qüdrət bəy, məlum olduğu kimi Özbəkistanda referendum keçirilib və parlamentin səlahiyyətləri genişləndirilib. Bizdə də belə bir referendum keçirilə bilərmi?

– Mən, bizə qardaş olan türk rüspublikası Özbəkistanda belə bir referendumun keçirilməsi məmnunluqla qarşıladım. Yeni Konstitusiyanın mətnində Prezidentin səlahiyyət müddəti artırılsa da prezident institutundan başqa, hakimiyyətin digər qanadlarının da dövlət işlərində iştirakı, Konstitusiya ilə parlamentə deputat istintaq komissiyaları yaratmaq səlahiyyətinin verilməsi, parlament dinləmələri zamanı hansısa nazirə etimadsızlıq göstərilərsə Prezident tərəfindən onun istefaya göndərilməsi, Baş nazirin namizədliyinin digər siyasi partiyalarla müzakirə olunması, məhkəmə hakimiyyətinin gücləndirilməsi istiqamətində müsbət dəyişikliklər öz əksini tapıb. Müqayisə üçün deyim ki, bizdə Nazirlər Kabinetinə etimad məsələsi Konstitusiya Qanunu ilə tənzimlənir, amma bilinmir ki, Milli Məclis hökumətə etimadsızlıq göstərərsə, bu, hansı hüquqi nəticələrə səbəb olur. Biz BAXCP olaraq yeni Konstitusiyanın qəbul olunmasını, proporsional seçki sisteminin bərpa olunmasını, məhkəmə sistemində andlı iclasçılar istitutunun yaradılmasını və parlamentli respublika modelinə keçilməsi ideyasını müdafiə edirik.

Previous Post

“Xoşluqla Azərbaycanın yurisdiksiyasına qayıtmayacaqlar”

Next Post

Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verdi

Bənzər yazılar

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

22 Sentyabr 2026 - 17:35

Sakit okeanda "Polo" qasırğası Saffir-Simpson şkalası üzrə maksimum sayılan beşinci kateqoriyayadək güclənib. Elchi.az xəbər verir ki, bu barədə Meksikanın Su...

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

22 Sentyabr 2026 - 16:00

Fransanın "Vətənpərvərlər" (Les Patriotes) partiyasının lideri Florian Filippo Fransa Prezidenti Emmanuel Makronu genişmiqyaslı elektrik kəsilməsini simulyasiya edən təlimlərə hazırlıq fonunda...

Makron Rusiya ilə bağlı Trampa müraciət edəcək

Makron Rusiya ilə bağlı Trampa müraciət edəcək

22 Sentyabr 2026 - 14:00

Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyası çərçivəsində keçiriləcək görüşdə amerikalı həmkarı Donald Trampdan Rusiyaya qarşı təzyiqləri artırmağı xahiş etmək...

“Xarici investorlara hazır paketlər təqdim etməliyik”-Qüdrət Həsənquliyev

“Xarici investorlara hazır paketlər təqdim etməliyik”-Qüdrət Həsənquliyev

22 Sentyabr 2026 - 10:46

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verdi

Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verdi

Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verdi

Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verdi

Son xəbərlər

ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb

ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb

22 Sentyabr 2026 - 20:51
ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

22 Sentyabr 2026 - 20:50
Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb

Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb

22 Sentyabr 2026 - 20:48
Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların 3 il uzadılması barədə razılığa gəliblər

Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların 3 il uzadılması barədə razılığa gəliblər

22 Sentyabr 2026 - 20:10
Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir

Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir

22 Sentyabr 2026 - 20:08
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

22 Sentyabr 2026 - 20:07
Tramp BMT-də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

Tramp BMT-də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

22 Sentyabr 2026 - 19:29
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

22 Sentyabr 2026 - 19:20
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib

22 Sentyabr 2026 - 19:11
Sinqapurda avtobuslarda ictimai qaydanı pozanlar cərimələnəcək

Sinqapurda avtobuslarda ictimai qaydanı pozanlar cərimələnəcək

22 Sentyabr 2026 - 19:00
XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

XİN: Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır

22 Sentyabr 2026 - 18:51
Azərbaycan və Almaniya enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Azərbaycan və Almaniya enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

22 Sentyabr 2026 - 18:43
Bakıda 10 istiqamətdə sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakıda 10 istiqamətdə sıxlıq var – SİYAHI/YENİLƏNDİ

22 Sentyabr 2026 - 18:35
Seutada cinayətkarlıq 60% artdı: Səbəb qanunsuz miqrant axınıdır

Seutada cinayətkarlıq 60% artdı: Səbəb qanunsuz miqrant axınıdır

22 Sentyabr 2026 - 18:21
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

22 Sentyabr 2026 - 18:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.