Tərtərə axşam saatlarında yağan güclü yağışdan sonra rayonun Dəmirçilər kəndini sel basıb.
Elchi.az xəbər verir ki, kanallar daşıb, evləri su basıb, toyuq və cücələr tələf olub. Təsərrüfata ciddi ziyan dəyib. İnsanların əkib becərdiyi bostan suyun altında qalıb tamamilə məhv olub. İri və xırda buynuzlu heyvanlar su altında qalıb.
Qeyd edək ki, Tərtər Rayon Fövqaladə Hallar komisiyası tərəfindən artıq işlərə başlanılıb. Əraziyə çox sayda ağır texnikalar cəlb olunub. Hazırda selin qarşısını almağa çalışırlar. FHN-in texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Ərazidə evlərə dolmuş suyu nasoslar vasitəsilə çəkməyə çalışırlar.
Şəkidə ağır qəza: ölən var
Şəkidə noyabrın 7-də saat 11 radələrində Arif Səlimov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub....





















Son şərhlər