Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Mülayim cənub küləyi əsəcək və havanın temperaturu gecə 11-15° isti, gündüz 18-23° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
FHN-in qurumlarında Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib
Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 12 Noyabr - Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib. Bu barədə Elchi.az-a FHH-dən...





















Son şərhlər