Televiziya vaxtilə cəmiyyətin inkişafında nə qədər rol oynayıbsa, hazırda cəmiyyətin əxlaqının pozulmasında, milli-mənəvi dəyərlərin dağılmasında o qədər rol oynayır.
Elchi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin Mədəniyyət komitəsinin iclasında bildirib.
Deputat vurğulayıb ki, xüsusi aparıcıların müəllifi olduğu şou proqramlar ciddi narahatlıqlar doğurur: “Bu kontekstdə ictimai şuraların işinə diqqəti yönəltmək istəyirəm. Bir çox qurumlarda ictimai şura yaratmaq dəbə çevrilib.
Təəssüf ki, bu şuraların adı var, amma ya rəyləri nəzərə alınmır, ya da ictimai şuranın fikri ictimaiyyətin rəyi deyil. Soruşmaq lazımdır ki, ictimai şuralar niyə yaradılır? Bizə ictimaiyyətin rəyi lazımdırmı əgər lazımdırsa, niyə nəzərə alınmır?”
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...





















Son şərhlər