İran pul mübadiləsi və köçürülməsi, bazarda daha güclü rəqiblərin olması və FATF-də (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) ola bilmədiyi üçün enerji ixracı sahəsinə rəqabət apara bilmir.
Elchi.az xəbər verir ki, bu barədə İran Enerji İxracatçıları Federasiyasının prezidenti Həmidrza Salehi açıqlama verib.
O, Çinə enerjini ucuz satmağa məcbur olduqlarını bildirib:
“Çin bazarındakı inhisarlara görə endirimlər etmək məcburiyyətindəyik. Qiyməti artırmaq üçün başqa alternativ variantımız yoxdur”.
Salehi, həmçinin, İran neftinin Çinə Rusiya ilə müqayisədə 15 dollar ucuz satılmasından da danışıb.
Bakı–Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib
Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən...





















Son şərhlər