Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin son durumu açıqlanıb.
Səhiyyə Nazirliyindən Elchi.az-a verilən məlumata görə, bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib.
Qeyd olunub ki, “Psixiatriya yardımı haqqında” qanununa əsasən, o, xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib:
“Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o evə ambulator müalicəyə qardaşının himayəsinə veriləcək”.
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş...





















Son şərhlər