"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Berlin-Paris rəqabəti Bakıya əlavə dividentlər qazandırır – Təhlil

15 Mart 2023 - 14:41
in SİYASƏT
FacebookVatsap


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri martın 14-də başa çatıb. Səfər çərçivəsində dövlət başçısı Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və s. ilə olduqca səmərəli görüşlər keçirib. Bu baxımdan Prezidentin Almaniyaya səfərini uğurlu hesab etmək olar”- bu sözləri Elchi.az-a açıqlamasında Global Media və Siyasət Araşdırmaları İB-in eksperti, Politoloq Turan Rzayev deyib.

Bunu da oxuyun

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

O,  həmçinin qeyd edir:” Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda da öz əksini tapıb.
Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Bu baxımdan Azərbaycan Prezidentinin Almaniyaya səfəri həm də diplomatik strateji dialoq xarakteri daşıyıb. Bu gün Azərbaycan Almaniyanı Qərbi Avropada əsas tərəfdaşlarından biri hesab edir. Digər tərəfdən rəsmi Berlin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində potensial vasitəçi ola biləcək ölkələrdəndir. Fransanın sərgilədiyi antiazərbaycan və qeyri-konstuktiv mövqe fonunda Almaniya Azərbaycan üçün daha loyal və konstruktiv vasitəçi ölkədir.
Berlin Cənubi Qafqazda nüfuz qazanmaq istəyir. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri həm də bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkəyə səfəri fonunda diqqət çəkir. Qısa müddətdə ərzində Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Berlinə dəvət olunması Almaniya hökumətinin Cənubi Qafqaza artan marağından irəli gəlir. Rəsmi Berlin hər iki tərəfi dəvət edərək faktiki olaraq tərəflərə bərabər səviyyədə yanaşdığını göstərir.
Diqqətçəkən digər bir məqam isə Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi mətbuat konfransında “Beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı. Yəni, bununla da öz mövqeyini ortaya qoydu” sözlərini deməsi oldu. Prinsip etibarilə bu, Paşinyanın Almaniyaya səfəri zamanı Azərbaycan əleyhinə açıqlamalar verməsinə bir cavabdır.
Yəni Almaniya bununla Fransadan fərqli olaraq iki ölkə arasında sülhün əldə edilməsində tərəfsiz konstruktiv ölkə ola biləcəyi mesajını verir. “Almaniya Dağlıq Qarabağı respublika kimi tanımadı” sözləri isə Berlinin Parisdən fərqli olaraq Bakının daxili işlərinə qarışmaq niyyətində olmadığını deməyə əsas verir.
Ümumiyyətlə Almaniyanın Cənubi Qafqazda artan maraqları həm də bu ölkənin Avropa İttifaqı daxilində Fransa ilə pərdəarxası liderlik mübarizəsindən irəli gəlir. Parisin özünü Avropa İttifaqının lider ölkəsi kimi aparması Berlini narazı salır. Məsələ ondadır ki, Almaniya hazırda Avropa İttifaqının əsas iqtisadi yükünü daşıyan lokomotiv rolunu oynayan ölkəsidir. Bu reallıqlar fonunda Berlin Parisin özünü Avropanın lider ölkəsi kimi təqdim etməsi ilə barışa bilməz.
Fransanın Ermənistan-Azərbaycan münaqişəsində sərgilədiyi destruktiv mövqedən fərqli olaraq tərəflər ilə ayrı-ayrılıqda görüşməsi balans yaratmaq kimi qiymətləndirilə bilər.

Bakının Berlindən gözləntiləri

“Almaniya Avropa İttifaqının aparıcı ölkələrindəndir və ittifaqın iqtisadi yükünü daşıyan əsas ölkədir. Berlin 3.85 trilyon dollar ÜDM ilə dünyanın 4-cü, Avropanın isə ən böyük iqtisadiyyatına malikdir. Berlinin dünya və Avropa iqtisadiyyatında yeri və çəkisi Bakını bu ölkə ilə yaxınlaşdırır. Azərbaycanda neft gəlirləri və böyük investisiya layihələri sayəsində başlanan iqtisadi inkişaf öz əksini Almaniya ilə iqtisadi əlaqələrdə də tapmışdır. Azərbaycan Almaniya üçün Qafqazda ən vacib iqtisadi tərəfdaşdır. 2012-ci ilin payızında Alman-Azərbaycan Ticarət Palatasının təsis olunması ilə iqtisadi münasibətlər sabit institusional bünövrəyə qoyulmuşdur. 2016-cı ildə Almaniya Azərbaycandan təxminən 5 milyon ton neft idxal etmişdi. Azərbaycan Almaniyanın xam neft təchizatçıları arasında 5-ci yerdədir və bu ümumi təchizatların 12%-ni təşkil edir”.

“İki ölkə arasında ticarət həcmi 2016-ci ildə 1.931 milyon avro təşkil etmişdir. 2016-ci ildə 317 milyon avro həcmində Azərbaycana ilk növbədə texniki avadanlıq, nəqliyyat vasitələri və  ehtiyat hissələri, dəmir-polad məhsulları, habelə sənaye qurğuları ixrac edilmişdir. Öz məhsullarını Azərbaycana ixrac edən ölkələr arasında Almaniya 6-cı yerdədir. Bəzi alman enerji şirkətləri neft-qaz sektorunda geoloji-kəşfiyyat və istehsal fəaliyyətlərinə maraq göstərirlər.
2020-ci ildə ölkələr arasında xarici ticarət dövriyyəsi 817 milyon 622 min dollar idisə ötən il bu rəqəm 1 milyard 257 milyon dollaradək yüksəlib. Son iki ildə ticarət həcmini 54.0 faizə yaxın artıran tərəflər ötən il ümumi dövriyyəni qoruyub saxlayıblar”.

Lakin bütün bu statistik göstəricilərə baxmayaraq rəsmi Bakının Berlindən gözləntiləri var:

“Birincisi, Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Rusiyadan enerji asılılığına son vermək istəməsi alternativ ölkələrə marağı artırıb. Avropa ölkələrinə ən təhlükəsiz və ucuz enerji nəql edən ölkə isə hazırda Azərbaycandır. Azərbaycan Rusiya qədər Avropaya enerji nəql edə bilməsə də mövcud TANAP və TAP layihələrinin ötürücülük qabiliyyətini artırmaq üçün əlavə investisiyaya ehtiyacı var. Bu investisiya isə alman isvestorlar tərfindən təmin edilə bilər

İkincisi, Azərbaycan mövcud neft və qaz rezervləri Avropa İttifaqı ölkələrinin ümumi tələbatını ödəyəcək qədər deyil. Buna görə də yeni geoloji araşdırmalara yeni neft və qaz yataqlarının kəfinə ehtiyac var. Bu istiqamətdə də alman ekspertləri və geoloqları ilə əməkdaşlıq zəruridir.Üçüncüsü, rəsmi Bakı hazırda yaşıl enerji istiqamətində ixtisaslaşmış ölkə olmaqda qərarlıdır. Bu istiqamətdə artıq bir sıra Avropa ölkələri ilə də sazişlər imzalanıb. Azərbaycanın bu sahədə potensialıda kifayət qədər böyükdür. Bu məsələdə də Almaniya ilə əməkdaşlıq müsbət nəticələr verə bilər”.

Havar Şəfiyeva

Previous Post

Berlin-Paris rəqabəti Bakıya əlavə dividentlər qazandırır – Təhlil

Next Post

Şad xəbər: 40 min evə kupça verilir – Millət vəkili

Bənzər yazılar

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12

Monteneqronun məqsədi vətəndaşlarının ədalətli, nizamlı və Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır. Elchi.az  xəbər verir ki, bu barədə Monteneqro Prezidenti...

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59

"VFS Global" ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və BƏƏ-də Monteneqronun yeni viza müraciət mərkəzləri fəaliyyətə başlayıb. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25

4 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi...

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56

Xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Bernard Klinqli qəbul edib. XİN-dən Elchi.az-a...

Next Post
Şad xəbər: 40 min evə kupça verilir – Millət vəkili

Şad xəbər: 40 min evə kupça verilir - Millət vəkili

Şad xəbər: 40 min evə kupça verilir – Millət vəkili

Şad xəbər: 40 min evə kupça verilir - Millət vəkili

Son xəbərlər

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.