"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Freedom House”un “189-cu yer” hesabatına reaksiyalar

29 Aprel 2016 - 08:42
in XƏBƏR LENTİ
FacebookVatsap

 “Freedom House”un “189-cu yer” hesabatına reaksiyalar

Bunu da oxuyun

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Elçin Şıxlı: “Belə götürdükdə, nə sizin, nə də mənim ağzımı yuman yoxdur, sadəcə…”; Zahid Oruc: ““Freedom House”un özünün azad və yaxşı ev olmadığını söyləyə bilərik”

“Freedom House” hüquq-müdafiə təşkilatı dünyada mətbuat azadlığının vəziyyəti ilə bağlı illik hesabatını açıqlayıb. Hesabatda göstərilir ki, son 12 ildə dünyada media azadlığının səviyyəsi ən aşağı həddə enib. 199 ölkənin yer aldığı hesabatda mətbuat  “azad”, “qismən azad” və “azad olmayan” kimi təsnif edilir.
Bu dəfə də “Freedom House” Azərbaycanı son sıralarda göstərib. Belə ki, hesabatda Azərbaycanın adı “azad olmayan mətbuat” ölkələr sırasında 189-cu yerdə çəkilib. Təşkilatın hesabatı ölkəmizdə ciddi etiraz doğurub. Buna səbəb Ermənistanın 139-cu və Rusiyanın 176-cı yerdə göstərilməsidir. Əksəriyyət “Freedom House” təşkilatının Azərbaycana qərəzli münasibət sərgilədiyini iddia edir. Belə fikirlər də var ki, təşkilat bu hesabatı hazırlayarkən, Pərviz Həşimli və Rauf Mirqədirov hələ azadlığa buraxılmamışdı. Bu səbəbdən Azərbaycanın son sıralarda göstərildiyini düşünənlər də az deyil.
Son illərdə fəaliyyətini dayandırmağa məcbur olan “Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı ölkədə medianın vəziyyətinin ağır olduğunu söylədi: “Fəaliyyətimizi dayandırmağımızın hesabata nə qədər təsirinin olduğunu deyə bilmərəm. Amma qeyd edim ki, hesabat hazırlananda Rauf Mirqədirov və Pərviz Həşimli məhbəsdə idi. Bir sıra məqamlar var ki, hesabata birbaşa təsir edir. Hesabat hazırlanan zamandan ölkəmizdəki medianın durumu ilə bağlı müəyyən qədər irəliləyişlər var. Amma ümumən götürdükdə mühit yaxşı deyil. Müstəqil şəkildə mətbuat orqanı saxlamaq üçün heç bir şərait yoxdur. Söz azadlığı o zaman olur ki, azad şəkildə peşə fəaliyyəti ilə məşğulsan, tənqid edirsən, əskikləri göstərirsən. Öz işini düzgün, qərəzsiz görürsənsə, hökumət mexanizmi səni məhv etməyə çalışmır. O halda media mühiti ölkədə sərbəst sayılır. Belə götürdükdə, nə sizin, nə də mənim ağzımı yuman yoxdur. Sadəcə olaraq, tənqid edəndən sonra elə bir şərait yaradılır ki, ağzımı açmağa qorxuram, yaxud ağzımı açmağa davam edirsəmsə, məni başqa ittihamlarla şərləyib həbs edirlər. Nəticədə fəaliyyətim məhdudlaşır. Bu göstəricilər ümumi mühiti yaradır. 7-8 il əvvəl Azərbaycan xarici mediaya açıq idi, amma indi qapanmışıq. Rusiyanı nəzərdə tutmuram, çünki onlar media deyillər. Bura gələndə ancaq təxribatla məşğul olurlar. Qərb media nümayəndələrini nəzərdə tuturam. Onların ayaqlarını buradan kəsmişik. Nəticədə xarici mediaya çıxışımız daralıb. Bunun özü reytinqə təsirini göstərir. Xarici jurnalistlər ölkəmizdə hansısa bağda çəkiliş apardığı zaman polislər tərəfindən saxlanılır və neçə saat bölmədə qalırlar. Buradan getdikdən sonra Azərbaycan barədə tənqidi məqalə yazırlar. Bu isə belə reytinqlərə birbaşa təsir edir. Söhbət ”Ayna Zerkalo”nun bağlanmasından, “Yeni Müsavat”ın kəskin yazıb-yazmamasından, “Azadlıq” qəzetinin isə çox savaşdığından getmir. Bunlar öz problemlərimizdir. Amma ümumilikdə xarici mediaya qapanmışıq. 1-2 jurnalisti bura gələ bilər. Onların sözünə isə baxan yoxdur. Daha çox bu sahədə dünyaya açılım etməliyik”.
 
İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, “Freedom House”un  hesabatı absurdluğun son nöqtəsidir:“Əminəm ki, Azərbaycanda onların qorumağa çalışdıqları mətbuat orqanlarının belə 189-cu yer təəccüblərinə səbəb oldu. Elə zənn edirlər ki, bizdə 2-3-cü alternativ fikri söyləyən mətbuat orqanları yoxdur. Ən zorakı, totalitar cəmiyyətlərdə müəyyənləşdirdikləri yeri ölkəmizə veriblər. Düşünürəm ki, ”Freedom House”un özünün yeri 189-cudur. Ona görə ki, mətbuatın yerini müəyyənləşdirməyin parametrləri var. Yeni-yeni saytların yaradılmasından, eləcə də mətbuata yaradılan şəraitdən çıxış edərək, Azərbaycanda bu sahədə heç bir problemin olmadığını düşünürəm. Azərbaycanda medianın dövlət məmurlarına qarşı xüsusi proses apardığının şahidi olmuşuq. Hər gün ya bir nazir “işdən çıxarılır”, ya da haqqında reallıqdan uzaq xoşagəlməz yazılar dərc olunur. Bununla bağlı bəzi məhkəmə çəkişmələri olub. Amma hakimiyyətin yuxarı pilləsinin daim bir mövqeyi olub  ki, yazılarına görə mətbuat məhkəməyə verilməsin. Mətbuatın vəziyyətinə görə 189-cu olan ölkədə 1850-ci illər yaşanar. Bizdə mətbuat çıxmırmı? “Freddom House” yəqin zənn edir ki, Azərbaycanda, ümumiyyətlə, mətbuat fəaliyyət göstərmir. “Freedom House”un özünün azad və yaxşı ev olmadığını söyləyə bilərik. Qərəzsiz hesabat verən qurumlara hazırda ciddi ehtiyac var. Bu kimi təşkilatlar, sadəcə, beynəlxalq aləmin əlində alətdirlər”.
Previous Post

110 mindən çox videonəzarət kamerası quraşdırılıb – General

Next Post

Bu gün leysan olacaq – Hava proqnozu

Bənzər yazılar

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək. Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin...

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

16 Oktyabr 2026 - 10:45

Azərbaycan Mətbuat Şurasının IX qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb. Elchi.az xəbər verir ki, səsvermənin nəticəsinə uyğun olaraq, qurultayı...

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərini başa çatdırıb və Daşkəndə yola düşüb. Bu barədə Elchi.az prezidentin mətbuat xidmətinə istinadən...

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici müdaxilənin və xarici maliyyələşdirmənin tənzimlənməsi üçün suverenlik, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan beynəlxalq standartın...

Next Post

Bu gün leysan olacaq - Hava proqnozu

Avroliqada yarımfinal mərhələsinin ilk oyunları

Son xəbərlər

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41
Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

16 Oktyabr 2026 - 11:36
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

16 Oktyabr 2026 - 11:30
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Milli Məclis Müstəqilliyin Bərpası günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

16 Oktyabr 2026 - 11:24
Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

16 Oktyabr 2026 - 11:14
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

16 Oktyabr 2026 - 11:03
Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

16 Oktyabr 2026 - 10:53
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

16 Oktyabr 2026 - 10:45
İlon Mask uçan Tesla-nı təqdim etdi

İlon Mask uçan Tesla-nı təqdim etdi

16 Oktyabr 2026 - 10:35
Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

16 Oktyabr 2026 - 10:13
Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 - 10:02
Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib

16 Oktyabr 2026 - 09:54
Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

16 Oktyabr 2026 - 09:46
Dünya bazarlarında neftin qiyməti azalır

Dünya bazarlarında neftin qiyməti azalır

16 Oktyabr 2026 - 09:29
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

16 Oktyabr 2026 - 09:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.