Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Elchi.az-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, araşdırma zamanı Elvin Məmmədovun fəhlə kimi işlədiyi Buta Çərəz MMC-yə məxsus anbarda iş vaxtı yük avtomobilli ilə soyuducu arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
Türkiyənin cənub-qərbindəki Manisa vilayətində sərnişin avtobusu qəzaya uğrayıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər verir ki, Dənizli vilayətindən Balıkəsir vilayətinə gedən...





















Son şərhlər