Bakı İstintaq Təcridxanasında intihara cəhd olub.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, intihara cəhd edən təqsirləndirilən şəxs Tural Alışanlı Bakı Ağır Cinayətlər Məhkəməsində barəsindəki cinayət işi üzrə məhkəmədə bildirib. T.Alışanlı məhkəmə prosesinə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.
Xatırladaq ki, T. Alışanlı Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün evlər tikən TUA TT MMC-nin rəhbəri olub. T.Alışanlı ev tikintisinə ayrılan vəsaitin 515 min manatını mənimsəməkdə təqsirləndirilir.
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən xəbərə...





















Son şərhlər