İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ın növbəti mərhələsi uğurla həyata keçirilir.
Elchi.az xəbər verir ki, bu gün Zəngilanın Ağalı kəndinə 44 nəfərdən ibarət daha 10 ailənin köçürülməsinə başlanılıb.
Qeyd edək ki, fevralın 28-də də 50 nəfərlik 10 ailə Ağalıya köçürülüb.
Xatırladaq ki, “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır.
Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti – dövlət xidmətləri mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur.
Prosesin növbəti aylarda da davam edəcəyi planlaşdırılır.
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq
Sentyabrın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında cənub küləyi...





















Son şərhlər