Rusiya cavab tədbiri qismində Avstriya səfirliyinin dörd əməkdaşını ölkədən çıxarır.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyini məlumat yayıb.
“Cavab tədbiri qismində Avstriya Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin 4 əməkdaşı “arzuolunmaz şəxs” elan edilib. Onlardan fevralın 24-nə qədər ölkəni tərk etmək tələb olunub”, – XİN-in məlumatında deyilir.
Artıq Avstriya səfirinə müvafiq nota təqdim edilib.
Xatırladaq ki, daha əvvəl Avstriya Rusiyanın 4 diplomatını “arzuolunmaz şəxs” elan edib.
Almaniyada benzinin qiyməti rekord həddə yüksəlib
Almaniya Ümumi Avtomobil Klubunun (ADAC) məlumatlarına istinad edən "Onvista"nın hesabatına görə, Almaniyada benzin qiymətləri yeni rekord həddə çatıb. Elchi.az xəbər...





















Son şərhlər