"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Əli Əsədov Dubayda mühüm tədbirdə iştirak etdi

15 Fevral 2023 - 15:56
in GÜNDƏM
FacebookVatsap

Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin plenar iclasında iştirak edib.

Bunu da oxuyun

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Toplantıda çıxış edən Baş nazir Azərbaycanın bu gün müstəqil və fəal xarici siyasət yürütdüyünü, dünya miqyasında etibarlı tərəfdaş kimi tanındığını bildirib.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan 30 il işğal altında qalan öz əzəli torpaqlarını azad etdi.

Bildirilib ki, beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hər zaman böyük hörmətlə, məsuliyyətlə yanaşan Azərbaycan dövləti bu gün regionda sülhün, sabitliyin, əməkdaşlığın və dayanıqlı inkişafın bərqərar edilməsi istiqamətində səylə çalışır.

Azərbaycanın hər zaman ehtiyac içərisində olan ölkələrlə həmrəy olduğu, onlara yardım göstərdiyi xüsusi vurğulandı. “Xüsusilə ötən dövr ərzində COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq arenada həmrəyliyin möhkəmləndirilməsinə töhfəmizdir”, – deyə Baş nazir bildirdi.

Ə.Əsədov Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı bir daha Azərbaycanın həmrəyliyini ifadə edib.

Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi barədə məlumat verən Ə.Əsədov üzv dövlətlərin yekdil razılığı ilə bu sədrliyin bir il uzadılmasının ölkənin beynəlxalq arenada oynadığı rola verilən qiymət kimi dəyərləndirib.

İclas iştirakçılarına Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, insanların yaşayış şəraitinin yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Keçən il Ümumi Daxili Məhsulun əvvəlki illə müqayisədə 4,6 faiz artığı, xarici ticarətin ildən-ilə yüksəldiyi, eyni zamanda, xarici borcun əhəmiyyətli dərəcədə azaldığı diqqətə çatdırılıb.

Bildirilib ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracı 12,3% yüksəlib və dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft-qaz gəlirləri hesabına formalaşıb.

Bütün ölkələr üçün ərzaq təhlükəsizliyi məsələsinin kəskin şəkildə aktuallaşması fonunda Azərbaycanda əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması istiqamətində təxirəsalınmaz tədbirlərin görüldüyü qeyd olunub.

Vurğulanıb ki, Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.

Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yaradılması dövlət və sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan və şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin edən addım kimi qiymətləndirilib.

Ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatıran Azərbaycanın bir sıra regional və beynəlxalq nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olduğu diqqətə çatdırılıb.

Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malik olduğu vurğulanıb.

Azərbaycanın kosmik sənaye və müasir texnologiyalar sahələrində əldə etdiyi uğurlardan bəhs edən Baş nazir 2023-cü ilin oktyabr ayında Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyini bildirib, bu sahədə fəaliyyət göstərən bütün təşkilat və qurumları tədbirə dəvət edib.

Azərbaycan, eyni zamanda, bir sıra vacib enerji layihələrinin təşəbbüskarı və iştirakçısı qismində çıxış etdiyi bildirildi, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Baş nazir vurğuladı ki, bununla bərabər, Azərbaycan elektrik enerjisi ixracatçısı kimi də öz mövqeyini möhkəmləndirməkdədir və ölkə çox böyük yaşıl enerji potensialına malikdir.

“Bu gün biz xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrə başlamışıq. Bunlardan biri – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə həyata keçirilir. “Masdar” şirkəti bu sahədə bizim üçün əsas və güvənilən tərəfdaşlardan biridir”, – deyə Baş nazir bildirib.

Ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti vurğulandı.

Postpandemiya, postmünaqişə və polikrizis dövrünün çağırışlarına toxunan Ə.Əsədov növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edildiyi diqqətə çatdırılıb.

Bildirildi ki, 30 il ərzində işğal altında qalan Azərbaycan ərazilərinin azad edilməsi, bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə də region üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Previous Post

Əli Əsədov Dubayda mühüm tədbirdə iştirak etdi

Next Post

Azərbaycanın milli hava məkanı strategiyası hazırlanır

Bənzər yazılar

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

09 Oktyabr 2026 - 15:16

Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr 2026 - 13:34

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları...

Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

09 Oktyabr 2026 - 12:13

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci...

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53

Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq. Elchi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol...

Next Post
Azərbaycanın milli hava məkanı strategiyası hazırlanır

Azərbaycanın milli hava məkanı strategiyası hazırlanır

Azərbaycanın milli hava məkanı strategiyası hazırlanır

Azərbaycanın milli hava məkanı strategiyası hazırlanır

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.