ABŞ minlərlə insanın həyatına son qoyan ciddi zəlzələnin nəticələrini aradan qaldırmağa kömək etmək üçün Suriyaya qarşı sanksiyaların bir hissəsini ləğv edib.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yayılıb.
Bildirilir ki, ABŞ-ın Suriyaya qarşı hazırkı sanksiyaları bundan sonra zəlzələ ilə bağlı yardım əməliyyatlarına təsir etməyəcək. Bunun üçün xüsusi lisenziya 8 avqust 2023-cü ilə qədər etibarlıdır.
Qeyd edək ki, ABŞ Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra humanitar yardım üçün də 85 milyon dollar ayıracaq.
Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib
“Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə...






















Son şərhlər