Asiyada Ukrayna konfliktinin bənzəri baş verə bilər.
Elchi.az xəbər verir ki, bu barədə NATO rəhbəri Yens Stoltenberq deyib.
“Avropada baş verənlər sabah Asiyada ola bilər”, – deyə o bildirib.
Stoltenberq əlavə edib ki, NATO müttəfiqlərinin Asiya regionundakı proseslərlə bağlı real narahatlıqları var:
“Çin heç bir şəffaflıq olmadan öz hərbi gücünü, o cümlədən nüvə qüvvələrini əhəmiyyətli dərəcədə artırır. Cənubi Çin dənizinə nəzarət etməyə çalışır, Tayvanı təhdid edir, kritik infrastruktura nəzarəti ələ keçirməyə çalışır. Həmçinin əhalisini təzyiq altında saxlayır, insan haqlarını pozur və Moskva ilə strateji tərəfdaşlığı dərinləşdirir”, – deyə o bildirib.
Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidanla Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasnda telefon danışığı...





















Son şərhlər