Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq prokurorunun həbs edilməsi barədə məlumatları təkzib edib.
Qurumun Mətbuat Xidmətindən Elchi.az-a bildirilib ki, bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdı.
“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır”, – məlumatda qeyd olunub.
Bakıda avtobus piyadanı vuraraq öldürüb
Bakıda avtobus piyadanı vuraraq öldürüb. Elchi.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib. Belə ki, Əliyəddin Yusifov idarə...





















Son şərhlər