Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil.
Elchi.az xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, hazırda bu üsuldan tam olaraq yüksək səviyyəli – magistraturaya, doktoranturaya qəbul imtahanlarında istifadə edilir:
“Buraxılış imtahanları isə ən kütləvi imtahanlar olduğu üçün həmin imtahaları yalnız kompüterlə keçirmək gələcək 5 ildə mümkün deyil. Nəzərə almaq lazımdır ki, sözügedən imtahanlarda 130 mindən çox insan iştirak edir”.
O əlavə edib ki, bu ilin sonuna qədər bütün dövlət imtahanlarının kompüterlə keçirilməsi planlaşdırılır.
Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb
"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....





















Son şərhlər