"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Nazir müavini: İran Azərbaycan-İsrail əlaqələrini xoşlamır!

24 Yanvar 2023 - 21:10
in SİYASƏT
FacebookVatsap

Azərbaycan öz suveren xarici siyasəti ilə qürur duyur və İsraildə səfirlik açmaq bizim suveren qərarımızdır.

Bunu da oxuyun

Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb

Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb – YENİLƏNİB

Elchi.az-ın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev nüfuzlu İsrail qəzeti olan YNET-ə müsahibəsində deyib.

“Biz səfirlik açmaq qərarını bu və ya digər təzyiq səbəbi ilə nəzərdən keçirmirik və buna prosesin sonu kimi baxmırıq. Bu, münasibətlərimizdəki yekun nailiyyət və ya məqsəd də deyil. Biz buna ikitərəfli münasibətlərin inkişafı üçün mühüm vasitə kimi baxırıq. Bu, bir pillədir, lakin yolun sonu deyil”, – o deyib.

Məqalədə də deyildiyi kimi, Azərbaycan şiə icmasının çoxluq təşkil etdiyi ilk müsəlman ölkədir ki, İsraildə səfirlik açır. Vaxtilə elm və təhsil nazirinin müavini vəzifəsində çalışan Muxtar Məmmədov artıq Azərbaycanın İsraildəki ilk səfiri təyin edilib.

“Azərbaycan İranın şimal qonşusudur və bu fakt İsraillə münasibətlər baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda ictimai rəyə əsasən nüfuzlu ölkə hesab edilən İsrail bu səbəbdən Azərbaycanla əlaqələrinə strateji əhəmiyyət verir. Tehran İsrail-Azərbaycan münasibətlərini xoşlamır. Noyabrın 14-də Azərbaycanda İranın casus şəbəkəsi ifşa olundu. Ölkədə fəaliyyət göstərən bu casus şəbəkəsi Azərbaycandakı müxtəlif səfirliklərin fəaliyyəti haqqında məlumat toplamaqla, həmçinin ordu bölmələrini və komandirləri izləməklə məşğul olurmuş. Bu ölkələrin adları açıqlanmadı, lakin Azərbaycandakı etibarlı mənbələrinin YNET-ə verdiyi məlumata görə, bu şəbəkənin hədəfindəki səfirliklərdən biri İsrail səfirliyi imiş. Aktivistlərdən biri, Azərbaycan vətəndaşı İranda dinşünaslığı öyrənən zaman İnqilab Qvardiyasına cəlb olunub”, – məqalədə deyilir.

Məqalədə, həmçinin, Azərbaycanın İsrailin ən iri enerji tədarükçüsü, İsrailin isə Azərbaycanın ən iri silah tədarükçülərindən biri olduğu və bu silahların 2020-ci ildə İkinci Qarabağ Müharibəsindəki qələbəyə böyük töhfə verdiyi vurğulanıb. Qeyd olunub ki, ötən həftə sonu İsrailin xairici işlər naziri Eli Koen Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıb və rəsmi Bakının İsraildə səfirlik açmaq qərarına görə ona təşəkkür edib.

“İsrail və Azərbaycan coğrafi cəhətdən uzaq olsalar da, bir-biri ilə sıx əlaqəlidir, buraya həmçinin tarixi əlaqələr də aiddir. Azərbaycan ölkədə heç vaxt antisemitizmin olmaması və daima cəmiyyətin ayrılmaz hissəsini təşkil edən yəhudi icmasına böyük hörmətin olması ilə fəxr edir. Ölkələr arasında ticarət inkişaf etməkdədir, münasibətlər isə genişlənərək təhsil və tədqiqatlar kimi digər sahələri də əhatə edir. Biz innovasiyalar, dəniz suyunun şirinləşdirilməsi sahəsində İsrailin uğurlu təcrübəsindən yararlanırıq”, – azərbaycanlı nazir müavini deyib.

Azərbaycan xalqı İsrail dövlətinə necə dəyər verir?

“İsrail dövləti və ya yəhudi xalqına Azərbaycanda heç vaxt yad kimi baxılmayıb. Bizim unikal yəhudi icmamız var, yəhudi həkimlərimiz, alimlərimiz və s. olub. Birinci və ikinci Qarabağ müharibələrində Azərbaycanda doğulmuş və Vətən uğrunda savaşmış yəhudi zabit və əsgərlər olub. Bunlardan ən məşhuru Birinci Qarabağ müharibəsində şəhid olan tank komandiri Albert Aqarunovdur. Onun məşhur müsahibəsində müxbir ondan soruşur: “Sən ki yəhudisən, niyə burada savaşırsan? Siz ki İsraildə rifah içində yaşaya bilərsiniz. O isə Azərbaycan dilində cavab verir: “Mən öz torpağım uğrunda savaşıram. Mən burada böyümüşəm, bura mənim vətənimdir”. Ertəsi gün Aqarunov şəhid olur. Şəhid Aqarunovun xatirəsini əbədiləşdirmək üçün Bakıda abidəsi qoyulub, məzarı isə əbədi məbədimiz olan Şəhidlər Xiyabanında yerləşir. Bəziləri Azərbaycan-İsrail münasibətlərinin normallaşdığını deyir. Bu, düz fikir deyil. Dəyişən, normallaşan bir şey yoxdur, bizim aramızda heç vaxt münaqişə olmayıb”, – o deyib.

İsrail-Türkiyə barışığında Azərbaycanın rolu nədən ibarətdir?

“Azərbaycan həmişə bütün dostlarını və tərəfdaşlarını bir-biri ilə xoş münasibət qurmağa çağırıb. Biz hər dəfə bu cür prosesə dəstək ola biləcəyimizi görəndə öz töhfəmizi verməyə çalışmışıq. İsrail və Türkiyə arasında yaxşı münasibətlərin bütünlükdə region üçün müsbət faktor olduğunu hesab edirik”, – nazir müavini qeyd edib.

İsrailin Azərbaycana Dəmir Günbəz sistemi verdiyini təsdiq edirsinizmi?

“Bu barədə heç bir məlumatım yoxdur, bununla bağlı Müdafiə Nazirliyinə müraciət edin”, – o cavab verib.

Nəyə görə Azərbaycan BMT-də hələ də İsrailə qarşı səs verir?

“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı bir sıra beynəlxalq təşkilatın üzvüdür. Bu təşkilatın ənənəvi mövqeləri var və biz onları görməzdən gələ və ya onlara qarşı gələ bilmərik. Bundan başqa, xatırlamaq yerinə düşər ki, Azərbaycan hələ 1992-ci ildə İsraildə əlaqələrini formalaşdırıb, İsrailin Azərbaycandakı səfirliyi isə on illərdir fəaliyyət göstərir. Azərbaycan İsrailə qarşı boykotun və ya embarqonun bir hissəsi olmayıb”, – Rzayev deyib.

Qarabağ səfəri

Məqalədə qeyd olunduğu kimi, Dağlıq Qarabağa gedən yol paytaxt Bakıdan altı saatlıq məsafədədir və “Zəfər Yolu” kimi məşhur olan yeni yoldan keçir. Yolun kənarlarında müharibədə şəhid olmuş azərbaycanlı əsgərlərin şəkillərinin olduğu, “şəhidlər” yazısı ilə lövhələr vurulub.

“1991-ci ildə Ermənistan tərəfindən Qarabağın işğalı Azərbaycan üçün milli travmadır: 30 min insan həlak oldu, 800 min dinc sakin öz evlərindən qovuldu. Azərbaycan onda gənc dövlət idi və ermənilər sovet ordusu bölmələrinin dəstəyi ilə onun ərazisinin 20 faizini işğal etdi. Azərbaycanlılar onilliklər ərzində Türkiyə və İsrailin dəstəyi ilə güclü ordu qurdu, 2020-ci ilin sentyabrında başlayan 44 günlük İkinci Qarabağ Müharibəsində isə öz torpaqlarını işğaldan azad etdi”, – məqələdə deyilir.

Fariz Rzayev regionun yetərincə müharibə yaşadığını, bitkin düşdüyünü və bundan sonra regionun bərpası istiqamətində çalışdığımızı və bu istiqamətdə milyard dollarla investisiyalar qoyduğumuzu, azad olunmuş ərazilərdə iki hava limanının inşa olunduğunu, yüzlərlə kilometrlik avtomagistralların çəkildiyini, rayona dəmir yolunun bərpası istiqamətində işlərin aparıldığını da qeyd edib.

Previous Post

Nazir müavini: İran Azərbaycan-İsrail əlaqələrini xoşlamır!

Next Post

Azərbaycanda yeni doğulan qız uşaqlarına hədiyyə veriləcək – İLK DƏFƏ

Bənzər yazılar

Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

27 Noyabr 2026 - 19:05

27 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad...

Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb

Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb

27 Noyabr 2026 - 17:04

Noyabrın 26–27-də Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən “Sülh körpüsü” təşəbbüsünün beşinci ikitərəfli dəyirmi...

Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb – YENİLƏNİB

27 Noyabr 2026 - 16:50

Milli Məclisin 1 və 2 dekabr tarixli iclaslarının gündəliyi açıqlanıb. Elchi.az xəbər verir ki, gündəliyə aşağıdakı 8 məsələ daxil edilib:...

Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib

Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib

27 Noyabr 2026 - 16:32

Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib. Elchi.az xəbər verir ki, qanuna əsasən, 2026-cı il sentyabrın...

Next Post
Azərbaycanda yeni doğulan qız uşaqlarına hədiyyə veriləcək – İLK DƏFƏ

Azərbaycanda yeni doğulan qız uşaqlarına hədiyyə veriləcək – İLK DƏFƏ

Azərbaycanda yeni doğulan qız uşaqlarına hədiyyə veriləcək – İLK DƏFƏ

Azərbaycanda yeni doğulan qız uşaqlarına hədiyyə veriləcək – İLK DƏFƏ

Son xəbərlər

Zelenski Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərinin detallarını açıqladı

Zelenski Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərinin detallarını açıqladı

28 Noyabr 2026 - 11:45
İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb

İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb

28 Noyabr 2026 - 11:29
Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib

Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib

28 Noyabr 2026 - 11:13
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

28 Noyabr 2026 - 10:40
CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir

CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir

28 Noyabr 2026 - 10:33
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb

28 Noyabr 2026 - 10:10
İran səfiri Küveyt XİN-ə çağırılıb

İran səfiri Küveyt XİN-ə çağırılıb

27 Noyabr 2026 - 20:10
Astarada iki avtomobil toqquşub, xəsarət alan var

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

27 Noyabr 2026 - 20:04
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

27 Noyabr 2026 - 19:56
Sabah bu rayonda 3 saat işıq olmayacaq

Sabah bu rayonda 3 saat işıq olmayacaq

27 Noyabr 2026 - 19:27
Azərbaycanda bu müəssisə özəlləşdirildi

Azərbaycanda bu müəssisə özəlləşdirildi

27 Noyabr 2026 - 19:20
Belarusda “Faceit” kiberidman platforması bloklanıb

Belarusda “Faceit” kiberidman platforması bloklanıb

27 Noyabr 2026 - 19:13
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

27 Noyabr 2026 - 19:05
Geyim nəhəngləri etirazlara görə sifarişlərin 10%-ni Banqladeşdən köçürüb

Geyim nəhəngləri etirazlara görə sifarişlərin 10%-ni Banqladeşdən köçürüb

27 Noyabr 2026 - 18:56
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

27 Noyabr 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.