Ağstafa rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mersedes” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Elchi.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Şamil Musayev narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Ş.Musayevin narkotik vasitədən istifadə etdiyi məlum olub.
Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18327 manat və 800 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub....






















Son şərhlər