Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, duman olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb
"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....





















Son şərhlər