"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

20 Yanvar 2023 - 14:20
in SİYASƏT
FacebookVatsap

1990-cı ilin 20 Yanvarından 33 il keçir. 33 il! – Bir insan ömrüdür.
33 il öncə doğulan körpələr müstəqil Azərbaycanda ayaq açdı, dil açdı, böyüyüb boya-başa, kamala çatdı. 90-cı illərdə doğulan Vətən övladları evdə-eşikdə, bağçada-məktəbdə, kollecdə-universitetdə 20 Yanvarı öyrəndilər, o illərdə yalınəllə qəsbkarlara qarşı dirənən böyüklərinin həyatını, qəhrəmanlığını əxz elədilər və nəhayət 20 Yanvarın mahiyyətini idrak etdilər.
Yadellilərə, işğalçılara qarşı çıxmaq, mübarizlik ruhu aşılandı onlara, başqa sözlə vətəncanlılıq ruhunda böyüdü yeniyetmə və gənclərimiz. Baxmayaraq ki, 20 Yanvardan iki il sonra Xocalı soyqırımı ilə üzləşdik, şəhər-kəndlərimiz ard-arda işğala məruz qaldı – bunların heç biri xalqımızı sındıra, öz haqlarından geri çəkilməyə vadar edə bilmədi. Üstəlik, 20 Yanvardan iki il öncə 300 minə yaxın soydaşımız Qərbi Azərbaycandan didərgin salınmışdı. Sonrakı illərdə Qarabağdan, Şərqi Zəngəzurdan olan məcburi köçkünlərlə birgə üst-üstə bir milyon soydaşımız, vətəndaşımız öz dədə-baba torpağından zorla çıxarılmışdı…
4-5 il içində ard-arda bu qədər gərginlik, itki, qan-qada yaşamış xalqın ayaqda durması, əyilməməsi, sınmaması, əlbəttə, sıradan hadisə deyil. Bu, bizim xalqımızın əzəmətini, gücünü, cəsarətini və vətəncanlılığını, dövlətcanlılığını göstərir, isbat edir.
Hələ 20 Yanvar qırğınının səhərisi günü respublikamızın o vaxtkı SSRİ-nin paytaxtı Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələn Ümummilli liderimiz Heydər Əliyev həyatına real təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə gur səslə etiraz etdi. Ümummilli lider Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Dünyaşöhrətli böyük siyasət və dövlət xadiminin bəyanatı, verdiyi siyasi-hüquqi qiymət Dünya Azərbaycanlıları üçün böyük təsəlli oldu, xalqa güc verdi, gələcəyə ümid bəxş etdi, inam aşıladı. – “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”!
Heydər Əliyev Azərbaycan paytaxtına ordu yeridilməsi ilə bağlı (keçmiş) SSRİ-nin rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.
O dövrün gerçəkliklərini bilənlər, tarixə bələd olanlar yaxşı başa düşür ki, Ümummilli liderin o günlərdəki bəyanatı, (keçmiş) SSRİ-nin rəhbərliyinin cinayətkarlığını, qəbul edilmiş qərarların əsassızlığını yüksək səslə deməsi böyük cəsarət örnəyiydi! Bəli, siyasi iradə nümayiş etdirən böyük şəxsiyyət 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq, öz həyatını təhlükə qarşısında qoyaraq qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında açıq ittiham etdi. Bəyanat verərək, əliyalın xalqın qırılmasını humanizmə, hüquqa, demokratiyaya zidd əməl, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
– Ümummilli lider Heydər Əliyevin 20 Yanvar cinayətlərinin ifşa olunmasına xidmət edən fəaliyyəti sonrakı illərdə də davam etdi. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı il tarixində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən qərar qəbul etdi. Ümummilli liderin təşəbbüsü ilə 1994-cü il mart ayının 29-da Milli Məclis “1990-cı il Yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Heydər Əliyev dövrün mürəkkəbliyinə baxmayaraq, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.
“20 Yanvar Şəhidi” fəxri adı da Ümummilli liderin Fərmanı ilə təsis edildi (31 mart 1998-ci il).
Heydər Əliyev Yolunu uğurla davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına həmişə xüsusi diqqət yetirir. – Prezidentin öz sözləri ilə desək: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.
Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Azərbaycan Respublikasının şəhər, rayon və qəsəbələrində 20 Yanvarla bağlı abidələr, xatirə lövhələri, küçə və meydanlar var.
Prezidentin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmana əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.
Şair-yazıçılarımız, jurnalistlərimiz, rəssam-heykəltəraşlarımız, memarlarımız, yaradıcı aydınlarımız şəhidlərimizin xatirəsini yaşadan çoxsaylı əsərlər yaradıb. Ümumən cəmiyyətimiz, qədirbilən xalqımız, dövlətimiz, Dünya Azərbaycanlıları 20 Yanvar şəhidlərinin əziz xatirəsini layiqincə yaşadır və hər zaman da yaşadacaqdır. Zaman dəyişir, o dönəmin canlı şaidi olmayan yeniyetmə və gənclər daxil olmaqla yeni nəsillər yetişir və heç kəs şəhidlərimizi, kütləvi qəhrəmanlıq hadisəsini, xalq ruhunun cəsarət abidəsini unutmur, unutdurmur! Şəhidlər Xiyabanı hər gün ziyarət olunur; 20 Yanvar günü isə xalq qocalı-cavanlı, uşaqdan-böyüyə, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq, Xiyabana axışır, öz vəfa borcunu yerinə yetirir.
Son 3 ildə isə Şəhidlər Xiyabanını ziyarətimiz yeni məzmun qazanıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Qarabağın simvol şəhəri əziz Şuşanın azad olunduğunu məhz Şəhidlər Xiyabanından xalqa duyurdu! –
“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.
…Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq”!
Bəli, illər öncə Kreml Qanlı Yanvar qırğınını Azərbaycanı Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə cəzalandırmaq üçün törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun bədnam və qanunsuz əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya (və Azərbaycanın bir neçə rayonuna) yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sanki xarici düşmən və ordu üzərinə hücuma keçirmiş kimi, Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməkçün cəlb olunması və onların xüsusi qəddarlıqla, amansızlıqla qırğınlar törətməsi tarixin üz qarasıdır. – Baiskarlar əbədi lənət qazanarkən, SSRİ-nin əcəl zəngi məhz 20 Yanvarda Bakıda çalınmış oldu və böyük bir imperiya o hadisədən sonra heç 2 il yaşamadı, tarix səhnəsindən çəkildi! 20 Yanvar faciəsi xalqımızın müstəqillik, istiqlal, hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu!
Keçmiş SSRİ rəhbərliyindən (və “demokrat Qərb”dən) davamlı (və ədalətsiz!) dəstək görən Ermənistanın işğalçılıq siyasətinə qarşı və ərazi bütövlüyümüzün qorunması məqsədi ilə başlamış Azərbaycan ümumxalq hərəkatı nəhayət öz məntiqi nəticəsinə yetişdi! Ədalət zəfər çaldı! Müstəqil Azərbaycan dövlətinin şəhidlərin mübarizəsinə, tarixi irsə dərin ehtiramı və düşmənə (onun himayəçilərinə) cavabı Şəhidlər Xiyabanında duyuruldu! Bu cavab şanlı Şuşa qələbəsi ilə taclandırıldı!
Haqq incələr, üzülməz!
Dövlətimiz var olsun!

Bunu da oxuyun

Türk Dünyası Həftəsi çərçivəsində plenar iclas keçirilib

Tokayev İlham Əliyevə təşəkkür etdi

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Qənirə Paşayeva

Previous Post

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

Next Post

Şənbə günü hava necə olacaq?

Bənzər yazılar

Türk Dünyası Həftəsi çərçivəsində plenar iclas keçirilib

Türk Dünyası Həftəsi çərçivəsində plenar iclas keçirilib

29 İyun 2026 - 16:15

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə...

Tokayev İlham Əliyevə təşəkkür etdi

Tokayev İlham Əliyevə təşəkkür etdi

29 İyun 2026 - 14:45

"İlk Türkoloji qurultayda irəli sürülən ideyalar bu gün də öz aktuallığını itirməyib". Elchi.az Report"a istinadən xəbər verir ki, bu barədə...

Nazirlər Kabineti, AHİK və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında birgə saziş bağlanıb

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

29 İyun 2026 - 12:14

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib. Elchi.az xəbər verir ki, Basş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sərəncama...

Baş katib: Bakıda keçirilən toplantı Türk dünyasının tarixində yeni mərhələnin başlanğıcını göstərir

Baş katib: Bakıda keçirilən toplantı Türk dünyasının tarixində yeni mərhələnin başlanğıcını göstərir

29 İyun 2026 - 12:04

Bu toplantı Türk dünyasının tarixində yeni mərhələnin başlanğıcını göstərir. Elchi.az xəbər verir ki, bunu Türk dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev...

Next Post
Sabahın hava proqnozu açıqlandı

Şənbə günü hava necə olacaq?

Sabahın hava proqnozu açıqlandı

Şənbə günü hava necə olacaq?

Son xəbərlər

Türk Dünyası Həftəsi çərçivəsində plenar iclas keçirilib

Türk Dünyası Həftəsi çərçivəsində plenar iclas keçirilib

29 İyun 2026 - 16:15
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

29 İyun 2026 - 16:06
Ərdoğandan Ukrayna ilə bağlı ÇAĞIRIŞ

Ərdoğandan Ukrayna ilə bağlı ÇAĞIRIŞ

29 İyun 2026 - 16:00
Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçildi

Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçildi

29 İyun 2026 - 15:46
Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı keçirildi – Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi

Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı keçirildi – Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi

29 İyun 2026 - 15:43
Almaniyada 100.000-ə qədər iş yeri yox ola bilər

Almaniyada 100.000-ə qədər iş yeri yox ola bilər

29 İyun 2026 - 15:30
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

29 İyun 2026 - 15:14
“Lukaşenko Zelenskidən Putinə mesaj ötürməyib” – Peskov

“Lukaşenko Zelenskidən Putinə mesaj ötürməyib” – Peskov

29 İyun 2026 - 15:00
Bakı-Xırdalan-Sumqayıt sürət qatarı nə vaxt fəaliyyətini bərpa edəcək? – ADY AÇIQLADI

Bakı-Xırdalan-Sumqayıt sürət qatarı nə vaxt fəaliyyətini bərpa edəcək? – ADY AÇIQLADI

29 İyun 2026 - 14:53
Tokayev İlham Əliyevə təşəkkür etdi

Tokayev İlham Əliyevə təşəkkür etdi

29 İyun 2026 - 14:45
“ƏDV geri al” ilə bağlı YENİ TƏKLİF

“ƏDV geri al” ilə bağlı YENİ TƏKLİF

29 İyun 2026 - 14:36
Azərbaycanda hansı dərmanların reklamı qadağandır? – RƏSMİ

Azərbaycanda hansı dərmanların reklamı qadağandır? – RƏSMİ

29 İyun 2026 - 14:27
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı – SƏBƏB NƏDİR?

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı – SƏBƏB NƏDİR?

29 İyun 2026 - 14:18
Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

29 İyun 2026 - 14:09
“Kommunizmi ABŞ üçün ən böyük təhlükədir” – Tramp

“Kommunizmi ABŞ üçün ən böyük təhlükədir” – Tramp

29 İyun 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.