"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ombudsman beynəlxalq təşkilata cavab verdi

15 Yanvar 2023 - 16:49
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” təşkilatının 2022-ci il üzrə hesabatında əks olunmuş iddialara cavab verib.

Bunu da oxuyun

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Yardımlıda açıq ərazidə yanğın baş verib

Elchi.az xəbər verir ki, S.Əliyeva beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan hesabat və bəyanatların qərəzsiz, ədalətli və ikili standartlardan uzaq olmalı olduğunu bildirib:

“Həmişə olduğu kimi “Human Rights Watch” sosial şəbəkələrdə əsassız və qərəzli məlumatlar yaymaqla, habelə bu kimi əsassız məlumatları öz illik hesabatlarında əks etdirməklə Azərbaycana qarşı qərəzli yanaşmasını davam etdirir.

“Human Rights Watch” 2022-ci il üzrə hesabatında Ermənistan və Azərbaycan arasında artıq həll edilmiş hərbi münaqişəni hələ də həll olunmamış münaqişə kimi qeyd edərək, bu məsələyə öz real yanaşmasını göstərir. Habelə sözügedən beynəlxalq qeyri-hökumət təşkilatı öz hesabatında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini də heçə sayır. Halbuki “Human Rights Watch” obyektiv araşdırma aparmağa səy göstərmiş olsaydı, o zaman Ermənistanın işğalından azad edildikdən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış həmin ərazilərində sürətlə bərpa və tikinti işlərinin aparıldığını görmüş olardı.

Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladıqları üçtərəfli Bəyanatdan indiyədək Azərbaycan tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni millətinə mənsub hər hansı bir şəxsin həyatına təhlükə yarada biləcək heç bir hadisə törədilməyib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın Ermənistanın işğalı altında olub və bu işğal nəticəsində bir milyonadək insan məcburi köçkün vəziyyətinə düşüb. Birinci Qarabağ müharibəsindən indiyədək 4000-ə yaxın azərbaycanlı itkin hesab olunur və indiyədək Ermənistan onların taleləri barədə ailələrinə hansısa bir məlumat verməkdən boyun qaçırır. Nəyə görə “Human Rights Watch” bu cür kobud insan hüquqları pozuntusunun bərpası üçün onu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə hər hansı bir təşəbüsslə çıxış etməyib?

Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra Ermənistan tərəfindən həmin ərazilərə dinc əhalinin həyatına təhlükə yaradan yüz minlərlə minanın basdırıldığı aşkar edilib. “Human Rights Watch” isə öz hesabatında yalnız Azərbaycan Baş prokurorunun 2022-ci il oktyabr tarixli bəyanatında qeyd edilmiş “2020-ci ildə əldə edilmiş atəşkəsdən 2022-ci il oktyabrın ortalarına kimi “Dağlıq Qarabağ”da mina partlaması nəticəsində 34 mülki şəxsin həlak olması, ətraf ərazilərdə isə daha 80 nəfərin yaralanması” faktına istinad edir. Təəssüflə qeyd edilməlidir ki, mina partlayışları nəticəsində həyatını itirən və ya yaralanan mülki vətəndaşların sayı ötən oktyabr ayından etibarən artıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ümumilikdə 274 nəfər minaya düşüb, 36-sı dinc sakin olmaqla 46 nəfər həlak olub. Qəribəsi odur ki, “Human Rights Watch” bu ərazilərin işğalı zamanı bu minaların basdırılmasında bilavasitə iştirak edən və işarələnməmiş minalı ərazilərin dəqiq xəritəsini verməkdən imtina edən Ermənistan rəhbərliyinin adını heç vaxt qeyd etmir.

Müharibə və postmüharibə dövrlərində Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin pozulması faktları ilə bağlı bir çox hesabatlar hazırlanaraq müvafiq beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib. Ombudsman mina problemi ilə bağlı öz xüsusi hesabatında mina təhlükəsi haqqında ətraflı məlumat verib və regionda sülh quruculuğu prosesinə xələl gətirən bu problemin tezliklə həll edilməsinin vacibliyini vurğulayıb. Bu hesabat bütün müvafiq beynəlxalq insan hüquqları təşkilatlarına, eləcə də “Human Rights Watch” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarına da göndərilmişdir.

Yuxarıda qeyd olunanların fonunda “Human Rights Watch”un mina ilə bağlı məsələyə yanaşması elə təəssürat yaradır ki, sanki bu minalara görə davamlı şəkildə baş verən mülki itkilər bu təşkilat üçün ciddi problem deyil.

Erməni hərbi qulluqçularının guya edam edilməsini əks etdirən videogörüntülərə gəlincə isə qeyd edilməlidir ki, Azərbaycanın müvafiq qurumları bu materiallarla bağlı zəruri araşdırmalara başlayıb. Həmçinin o da qeyd edilməlidir ki, bu videoların etibarlılığı ilə bağlı bəzi şübhələr mövcuddur. Bundan başqa, Ermənistan hərbi qulluqçularının Azərbaycan hərbi qulluqçularına qarşı törətdikləri işgəncə və pis rəftar hallarını əks etdirən çoxsaylı videolar da var və onların bir qismi sosial şəbəkələrdə yayılıb. Amma biz heç vaxt bu videolarda nümayiş etdirilən faktlarla bağlı Ermənistan hakimiyyəti tərəfindən hansısa araşdırma aparılmasının və “Human Rights Watch”un da bununla bağlı hər hansı reaksiyasının şahidi olmamışıq.

Biz “Human Rights Watch”dan hərbi əsirlərin işləri üzrə araşdırmalarla bağlı qərəzsiz yanaşma nümayiş etdirməsini gözləyərdik. Lakin çox təəssüf ki, Ermənistan hərbi qüvvələri tərəfindən işgəncələrə və pis rəftara məruz qalan azərbaycanlı hərbi əsirlərin məsələsinə ciddi yanaşmanın şahidi olmadıq.

Hərbi əsirlərlə bağlı qeyd edilməlidir ki, dövlət orqanlarının bəyanatına əsasən, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bütün erməni hərbi əsirlər artıq öz evlərinə qaytarılıb.

Nəzərinizə çatdırırıq ki, Ombudsman Milli Preventiv Mexanizm (MPM) mandatına uyğun olaraq, MPM qrupu ilə birgə heç bir ayrı-seçkiliyə yol vermədən insanların öz iradəsi ilə tərk edə bilmədiyi, o cümlədən erməni əsilli şəxslərin də saxlandığı yerlərə mütəmadi olaraq başçəkmələr həyata keçirir. Bu cür başçəkmələr zamanı orada saxlanılan şəxslərə, o cümlədən erməni əsilli şəxslərə müalicə, tərcüməçi və yaxınları ilə videozəng vasitəsilə əlaqə yaradılması imkanının təmin olunduğu müşahidə edilib.

Bununla əlaqədar olaraq, “Human Rights Watch” təşkilatına öz hesabatlarını hazırlayarkən Azərbaycan Ombudsmanın erməni əsilli saxlanılan şəxslərin insan hüquqlarının vəziyyətinin monitorinqinə dair başçəkmələri ilə bağlı xüsusi hesabatlarına nəzər salmağı və onlardan istifadə etməyi məsləhət görürük.

Azərbaycan Ombudsmanı dəfələrlə öz bəyanatlarında müharibədən sonrakı dövrdə Ermənistan tərəfindən dəstəklənən, Azərbaycana qarşı regionda sülhü təhdid edən təxribat xarakterli əməlləri qınayıb. Təəssüf ki, “Human Rights Watch” həmin bəyanatlarda qeyd edilən insan hüquqları pozuntularını araşdırmaq üçün heç vaxt hər hansı bir addım atmır və əksinə, qərəzli hesabatlar yaymaqda davam edir.

Biz “Human Rights Watch”u ədalətli, qərəzsiz, ikili standartlardan uzaq olmağa dəvət edir, davamlı sülhün əldə olunmasını təhlükə altında qoya biləcək və regionda normal həyatın bərpasını gecikdirə biləcək hər hansı qərəzli yanaşmadan və ya bəyanatdan çəkinməyə çağırırıq”.

Previous Post

Ombudsman beynəlxalq təşkilata cavab verdi

Next Post

BMT Əfqanıstanın mərkəzi bankını yanlış bəyanatlara görə tənqid edir

Bənzər yazılar

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30

Rusiyadakı Kursk atom elektrik stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun soyutma qülləsinə sebtyabrın 17-si səhər saatlarında PUA zərbəsi endirilib. Bu...

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov tam ştatlı müəllimlərin seçim prosesi məsələsinə aydınlıq gətirib. Elchi.az...

Yardımlıda açıq ərazidə yanğın baş verib

Yardımlıda açıq ərazidə yanğın baş verib

18 Sentyabr 2026 - 23:25

Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib....

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

18 Sentyabr 2026 - 23:22

Ölkəmizin və can Azərbaycanımızın müstəqilliyi, millətimizin birliyi və dövlətlərimizin gələcəyi naminə şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər bu gün birlikdə...

Next Post
BMT Əfqanıstanın mərkəzi bankını yanlış bəyanatlara görə tənqid edir

BMT Əfqanıstanın mərkəzi bankını yanlış bəyanatlara görə tənqid edir

BMT Əfqanıstanın mərkəzi bankını yanlış bəyanatlara görə tənqid edir

BMT Əfqanıstanın mərkəzi bankını yanlış bəyanatlara görə tənqid edir

Son xəbərlər

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

20 Sentyabr 2026 - 12:55
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54
Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

20 Sentyabr 2026 - 12:51
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

20 Sentyabr 2026 - 12:49
Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

20 Sentyabr 2026 - 12:43
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

20 Sentyabr 2026 - 10:37
“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

20 Sentyabr 2026 - 10:35
“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

20 Sentyabr 2026 - 10:33
Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.