"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Ermənipərəst Qərbdən qidalananlar heç zaman düz söz danışmayacaqlar”

10 Yanvar 2023 - 11:01
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Biz tədricən beynəlxalq birliyi Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının tanınmasına alışdırmalıyıq və hazırda bu proses də gedir”

Bunu da oxuyun

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsi təqdim edir.
– Qüdrət bəy, bəlli şəxslər davamlı olaraq iddia edirlər ki, 2020-ci il noyabrın 10-da Ermənistan və Rusiya ilə atəşkəs haqqında üçtərəfli bəyanat imzalanmamalı və Qarabağ erməni ordusundan tam təmizlənməliydi. Bugündən baxanda həmin şəxslərin dediyi kimi problemi birdəfəlik həll etmək olardımı?
– Azərbaycan dövləti o adamların ağlı ilə hərəkət etsə bu dövlətdən heç nə qalmaz. O adamlar niyə düşünürlər ki,İlham Əliyevdən daha cəsarətli, daha təcrübəli və daha vətənpərvərdilər? Axı, ən yeni tariximiz bunun belə olmadığını dəfələrlə sübut edib. Əgər 44 günlük savaşda ərazi bütövlüyü məsələsini birdəfəlik həll etmək mümkün olsaydı İlham Əliyev bunu edərdi. İlham Əliyevin guya Türkiyə ilə məsləhətləşmədən üçtərəfli sazişi imzalaması barədə deyilənlər də cəfəngiyatdan başqa bir şey deyil. Belə açıqlamalarla onlar, yalnız özləri ağılda olan adamları çaşdıra bilərlər. Bu gün utanmadan söyləyirlər ki, Türkiyə Ermənistanla hava yükdaşımalarına ona görə başlayıb ki, guya Azərbaycan 10 noyabr 2020-ci il tarixli sazişdə Türkiyənin iştirakını təmin etməyib. Türkiyə həmin ərəfədə Rusiya ilə intensiv işləyirdi və Azərbaycandan dəfələrlə böyük dövlətdir. Türkiyə bizim hüquqlarımızın tanınması üçün çalışırdı. Biz Türkiyə üçün gücümüz çatanı həmişə etmişik. Türkiyəni bu formada aşağılamaq olmaz ki, “incikliyə” görə düşmənlə əməkdaşlıq edir. 2016-cı ildən tam müstəqil siyasəti olan Türkiyə Azərbaycandan “narazı” olsa belə, heç vaxt bizim əleyhimizə olan hər hansı addımı atmaz. Azərbaycanla razılaşmadan heç vaxt belə bir qərar qəbul etməz. Bu qardaşlıq münasibətlərimizə kölgə salar, “Şuşa Bəyannaməsi”nin pozulması olardı. Azərbaycandan inciyən Türkiyə, ümumiyyətlə, “Şuşa Bəyannaməsi”ni imzalayardımı?
Biz Rusiyanın mövqeyini, geosiyasi reallıqları nəzərə almasaydıq müharibəni bitirmək mümkün olmayacaqdı. Biz Ermənistanla dövlət sərhədlərimizə çıxsaydıq belə, bu, müharibənin bitməsi olmayacaqdı. Birinci Qarabağ savaşında Ağdərəni azad etmişdik, Sərsəng su anbarına qədər gedib çıxmışdıq, sonra nə oldu? Orduda, ölkə daxilində təxribatları, Ermənistanın silahlandırılmasını, ona hər cür hərbi dəstək verilməsini, Azərbaycanın təklənməsini gördük. Kim təminat verə bilərdi ki, bu dəfə eyni hadisələr təkrar olunmayacaq? Bəziləri deyir ki, Türkiyə bizə kömək edəcəkdi, çünki indiki Türkiyə 90-cı illərin Türkiyəsi deyil. Bəli, amma 2020-ci ilin Rusiyası da 90-cı illərin Rusiyası deyildi. Türkiyə Rusiya ilə razılaşmadan öz sərhədlərində, Suriyada istədiyinə nail ola bilirmi? Hazırda Türkiyənin regional gücə çevrilməsi istiqamətində böyük işlər görülür. Türkiyənin bu ərəfədə nəticəsi 100% bəlli olmayan müharibəyə cəlb edilməsi böyük cinayət olardı. Bundan başqa, bizə torpaqlarımızda ən azı iki böyük gücün üz-üzə gəldiyi savaş lazımdırmı? O zaman həmin savaşa daha hansı ölkələr qoşula bilərdi ? Birinci Qarabağ savaşında Qərb əvvəl Qorbaçovu sonra isə Yeltsini Ermənistana kömək etməyə məcbur etdi. ABŞ bizə – təcavüzə məruz qalan, qanlı seperatizmlə üzləşmiş, avroatlantik məkana inteqrasiya olunmağa can atan, demokratik cəmiyyət qurmağa çalışan Azərbaycana sanksiya tətbiq etdi. Bu dəfə Rusiya açıq formada bizə qarşı çıxsaydı, onlar avroatlantik məkana inteqrasiya olunmaqdan imtina etmiş Azərbaycanla necə davranacaqdılar? Sizə elə gəlmir ki, biz o zaman Rusiya – Qərb bloku ilə vuruşmalı olacaqdıq? Bir anlığa düşünün, o halda Azərbaycan hansı günə qalardı. Bəyanat imzalanandan dərhal sonra demişdim ki, Azərbaycan mümkün olan maksimuma nail olub. Biz tədricən beynəlxalq birliyi Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının tanınmasına alışdırmalıyıq. Hazırda bu proses də gedir.
Xalqımız bilməlidir ki, ermənipərəst Qərb dairələrindən qidalanan və yönləndirilən bu şəxslər heç zaman düz söz danışmayacaqlar. Biz Qərbin dövlət idarəetməsini mənimsəməliyik, amma yaddan çıxarmamalıyıq ki, Qərb heç vaxt xristian Ermənistanın işğalçılıq siyasətini pisləməyib, onu işğalçı dövlət kimi tanımayıb, müxtəlif formalarda işğalı və separatizmi dəstəkləyir, Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa etməsini istəmir və bizə mane olmağa çalışır.

Previous Post

“Ermənipərəst Qərbdən qidalananlar heç zaman düz söz danışmayacaqlar”

Next Post

Nəsiminin qəzəllər toplusu Fransada işıq üzü gördü

Bənzər yazılar

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Next Post
Nəsiminin qəzəllər toplusu Fransada işıq üzü gördü

Nəsiminin qəzəllər toplusu Fransada işıq üzü gördü

Nəsiminin qəzəllər toplusu Fransada işıq üzü gördü

Nəsiminin qəzəllər toplusu Fransada işıq üzü gördü

Son xəbərlər

Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

06 Oktyabr 2026 - 10:46
Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

06 Oktyabr 2026 - 10:33
Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

06 Oktyabr 2026 - 10:24
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

06 Oktyabr 2026 - 10:16
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

06 Oktyabr 2026 - 10:09
Mühafizə olunan duracaqlarda avtomobillər üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub

Mühafizə olunan duracaqlarda avtomobillər üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub

06 Oktyabr 2026 - 09:58
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

06 Oktyabr 2026 - 09:47
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib

DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib

06 Oktyabr 2026 - 09:34
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

06 Oktyabr 2026 - 09:26
Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

06 Oktyabr 2026 - 09:13
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

05 Oktyabr 2026 - 21:39
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

05 Oktyabr 2026 - 21:35
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29
Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03
AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.