Rəsmi Vaşinqton amerikalı jurnalist Ceyms Folinin İŞİD terrorçuları tərəfindən qətlə yetirilməsi görüntülərinin montaj olmadığını açıqlayıb. APA TV-nin məlumatına görə, Ağ Evin təmsilçisi Ketlin Hayden bildirib ki, ABŞ təhlükəsizlik qüvvələri Ceyms Foli və Steven Sotlofun əks olunduğu videonu araşdırıblar. Araşdırma nəticəsində görüntülərin montaj olmadığı müəyyənləşib. Haydenin sözlərinə görə, araşdırmalar davam edəcək və nəticələrə uyğun addımlar atılacaq. Qeyd edək ki, reportajlar hazırlamaq üçün Suriyanın qaynar bölgələrinə gedən jurnalist Ceyms Foli iki il əvvəl yoxa çıxıb. Dünən isə İŞİD jurnalistin başının kəsilməsinə dair görüntülər yayımlayıb. Başı kəsilməzdən əvvəl Ceyms Foli baş verənlərə görə ABŞ prezidenti Barak Obamanı ittiham edib.
Xankəndiyə prokuror təyin edildi
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib. Elchi.az xəbər verir ki, məlumatı...