"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Stoltenberq: “Biz həm də öz gələcəyimiz üçün Ukraynanın yanında olacağıq”

22 Dekabr 2022 - 23:51
in DÜNYA
FacebookVatsap

“2022-ci il İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizliyi üçün ən çətin və həmçinin Ukrayna xalqı üçün də fövqəladə dərəcədə ağrılı il oldu. Prezident Vladimir Putin üçün də bu il uğursuz bir il oldu. O, tam miqyaslı amansız işğala başlayaraq böyük strateji səhvə yol verdi”.

Bunu da oxuyun

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

Elchi.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “Financial Times”də dərc olunan məqaləsində bildirib.

Stoltenberqin sözlərinə görə, Putin Ukraynanın gücünü düzgün qiymətləndirməyib: “O, bir neçə gün ərzində Kiyevi ələ keçirə və hökumətin dəyişə biləcəyini düşünürdü. 10 aydır Ukrayna xalqı, silahlı qüvvələri və rəhbərliyi dünyanı ruhlandıran məharət, cəsarət və qətiyyətlə vətəni müdafiə etməyə davam edir. On minlərlə rus əsgəri yaralanıb və ya öldürülüb. İlin əvvəlindən bəri 1 milyona yaxın insan Rusiyanı tərk edib, onların çoxu inanmadıqları müharibəyə çağırılmamaq üçün bunu edib.

Bu müharibə seçimi Rusiyanı daha yoxsul və təcrid vəziyyətinə salıb. Putinin digər səhvi NATO birliyini qiymətləndirməmək idi. O, bizi parçalaya və Ukraynanı dəstəkləməkdən çəkindirə biləcəyini düşünürdü. NATO bu münaqişənin tərəfi olmasa da, müttəfiqlər Ukraynanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququnu dəstəkləmək, onun azad və demokratik ölkə olaraq qalmasına kömək etmək üçün misli görünməmiş hərbi yardım göstərməkdə həmişəkindən daha çox birləşirlər. Bu, NATO-nun Ukraynaya uzunmüddətli dəstəyinə əsaslanır”.

Baş katib 2014-cü ildən bəri ABŞ, Böyük Britaniya, Kanada və digər NATO müttəfiqlərinin on minlərlə ukraynalı əsgərə təlim keçdiyini və bu ölkənin silahlı qüvvələrində islahatları dəstəklədiyini deyib: “Beləliklə, Rusiya fevral ayında genişmiqyaslı işğala başlayanda Ukrayna silahlı qüvvələri daha yaxşı idarə olunur, daha yaxşı təlim keçmiş və Rusiyanın yeni təcavüzünə müqavimət göstərmək üçün daha yaxşı təchiz edilmişdi. Fevral ayından etibarən müttəfiqlər Ukraynanı qabaqcıl hava hücumundan müdafiə sistemləri, silahlar, döyüş sursatları, yanacaq, qış geyimləri və generatorlarla təchiz ediblər”.

Stoltenberq verilən bu dəstəyin döyüş meydanında da fərq yaratdığını vurğulayıb: “NATO həmçinin müdafiə sənayesi üzərində işləyir və müdafiənin planlaşdırılması prosesi vasitəsilə tükənmiş silah-sursat ehtiyatlarını doldurmaq, Ukrayna və öz müdafiəmiz üçün istehsalı kütləvi şəkildə artırmaq üçün çalışır.

Putin Rusiya sərhədlərində NATO-nun mövcudluğunun daha az olmasını istədiyini iddia edirdi. O, əksini əldə edir – daha güclü, daha böyük NATO. 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni zəbt etməsindən sonra NATO kollektiv müdafiə sistemində ən böyük islahatları həyata keçirdi.

İndi biz şərq cinahında mövcudluğumuzu və alyans boyu qüvvələrimizin hazırlığını daha da gücləndiririk. Finlandiya və İsveç tezliklə NATO-ya tamhüquqlu üzv kimi qoşulacaqlar ki, bunu Rusiyanın işğalından əvvəl təsəvvür etmək çətin idi. Putin onun üçün uğursuz ili Ukraynanın mülki əhalisinə, şəhərlərinə, infrastrukturuna və səhiyyə obyektlərinə qarşı daha qəddar olmaqla başa vurur. Mülki insanlara qəsdən hücumlar müharibə cinayətidir və günahkarlar cavab verməlidir”.

Müharibənin Ukrayna xalqı üçün nəticələri barədə qeyd edən hərbi alyansın Baş katibi təxminən 12 milyon insanın – Ukrayna əhalisinin dörddə birindən çoxunun enerji təchizatının kəsildiyini, milyonlarla ukraynalının qaçqın olduğunu, Rusiyanın işğal etdiyi ərazilərdən ukraynalı uşaqları zorla Rusiyaya deportasiya etdiyini bildirib: “Rusiyanın təkziblərinə baxmayaraq, Ukrayna hakimiyyəti və beynəlxalq ekspertlər Rusiya hərbçilərinin zorlama, işgəncə və qısamüddətli edamlar törətməsi ilə bağlı bir çox xəbərləri, faktları araşdırır. Son aylarda Rusiya rəhbərliyi 200 mindən çox əlavə əsgəri səfərbər edib və çoxlu sayda itki verməyə hazır olduqlarını nümayiş etdirib.

Onlar İran kimi digər avtoritar rejimlərdən daha çox silah və sursat alırlar. Rusiya qüvvələrinin yenidən toplanması, silahlanması və yeni hücuma keçməsi üçün müharibəni dondurmağa ümid edir. Prezident Vladimir Zelenski Rusiyaya münaqişəni dayandırmaq üçün Milad bayramına qədər qoşunları çıxarmağa başlamağı təklif etdi, lakin Moskva bunu açıq şəkildə rədd etdi. Müharibəyə başlayan Putin idi. O, bu gün Ukraynadan çıxmaqla buna son verə bilər. Hazırda o, əsl sülh axtardığına dair heç bir addım atmır.

Əksər müharibələr danışıqlarla başa çatır və Zelenski öz sülh planını ortaya qoyub. Ancaq unutmayaq ki, danışıqlar masası arxasında baş verənlər döyüş meydanında baş verənlərlə qırılmaz şəkildə bağlıdır. Biz Ukraynanı dəstəkləməyə davam etməliyik ki, o, Avropada suveren, müstəqil dövlət kimi qalib gəlsin. Əgər Putin Ukraynada qalib gələrsə, bu Rusiyaya və digər avtoritar rejimlərə mesaj olar ki, onlar güc vasitəsilə istədiklərini alacaq.

Bu, Ukrayna üçün fəlakət olar. Lakin bu, eyni zamanda, bütün dünya üçün təhlükəlidir. Ona görə də bu qış Ukraynaya dəstəyimizi davam etdirmək bizim öz təhlükəsizliyimiz üçün də maraqlıdır. NATO müttəfiqləri güclü və vahid mövqedədirlər. Biz müttəfiqlərin ərazilərinin hər qarışını müdafiə edəcəyik. Biz həm Ukraynanın, həm də öz gələcəyimiz üçün onun yanında olacağıq”.

Previous Post

Stoltenberq: “Biz həm də öz gələcəyimiz üçün Ukraynanın yanında olacağıq”

Next Post

Danimarka XİN Ukraynaya 37,7 milyon dollardan çox vəsait ayırıb

Bənzər yazılar

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

25 Sentyabr 2026 - 23:27

Yeni tənəffüs patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər. Elchi.az xəbər verir...

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

25 Sentyabr 2026 - 23:25

Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır. Elchi.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri...

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

25 Sentyabr 2026 - 20:49

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə danışıqları çox məhsuldar adlandırıb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ lideri...

AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

25 Sentyabr 2026 - 20:44

Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) ölkələrinin insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə direktivlərin icrasını araşdırmağa başlayıb....

Next Post
Danimarka XİN Ukraynaya 37,7 milyon dollardan çox vəsait ayırıb

Danimarka XİN Ukraynaya 37,7 milyon dollardan çox vəsait ayırıb

Danimarka XİN Ukraynaya 37,7 milyon dollardan çox vəsait ayırıb

Danimarka XİN Ukraynaya 37,7 milyon dollardan çox vəsait ayırıb

Son xəbərlər

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

25 Sentyabr 2026 - 23:28
ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

25 Sentyabr 2026 - 23:27
Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

25 Sentyabr 2026 - 23:25
Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 23:23
Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

25 Sentyabr 2026 - 20:49
Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

25 Sentyabr 2026 - 20:47
AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

25 Sentyabr 2026 - 20:44
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

25 Sentyabr 2026 - 20:41
Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

25 Sentyabr 2026 - 20:40
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

25 Sentyabr 2026 - 20:22
Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

25 Sentyabr 2026 - 20:20
Küləkli hava nə vaxta qədər davam edəcək?

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

25 Sentyabr 2026 - 19:18
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib

25 Sentyabr 2026 - 19:09
“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

25 Sentyabr 2026 - 19:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.