"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

XİN: “BMT TŞ-yə üzv bəzi dövlətlərin Laçın yolu ilə bağlı qərəzli mövqeyi dərin məyusluq doğurur”

21 Dekabr 2022 - 15:39
in SİYASƏT
FacebookVatsap

Dekabrın 20-də BMT Təhlükəsizlik Şurası (TŞ) Laçın yolunda vəziyyətlə bağlı müzakirələr aparıb.

Bunu da oxuyun

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

XİN BMT Təhlükəsizlik Şurasında Laçın yolunda vəziyyətlə bağlı müzakirələri şərh edib:

“Ermənistanın bu qurumdan Azərbaycana qarşı manipulyasiya kampaniyası məqsədilə istifadə etmək cəhdlərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Azərbaycanın haqlı narahatlıqlarını, o cümlədən Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə bağlı qəsdən, davamlı və düzəldilməyən pozuntularla əlaqədar məsələləri qaldırması, habelə bununla əlaqədar beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması üçün növbəti platforma olub.

Azərbaycan nümayəndəsi öz bəyanatında Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən “blokada” və “humanitar fəlakət”lə bağlı Ermənistan tərəfindən irəli sürülən bütün iddiaları rədd edərək, onların tamamilə yalan və əsassız olduğunu bildirib. Bəyanatda nə Azərbaycan hökumətinin, nə də etirazçıların Laçın yolunu bağladıqları qeyd olunub.

Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yolboyu hərəkət rejimi dəyişməz olaraq qalır, həmçinin sülhməramlılar yolboyu hərəkətin tənzimlənməsi üzrə vəzifələrini yerinə yetirməkdə davam edirlər. Sosial şəbəkələrdə paylaşılan videogörüntülər təcili yardım maşınları və humanitar yardım karvanları da daxil olmaqla müxtəlif növ nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirir.

Vəziyyətin iddia edilən humanitar nəticələri ilə bağlı fikirlər də eyni dərəcədə yalandır. Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Fakt budur ki, ötən günlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoyları heç bir maneə olmadan yoldan keçiblər.

Azərbaycan hökuməti dəfələrlə erməni sakinlərin üzləşə biləcəkləri bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan edib. Bundan irəli gələrək, Azərbaycan hökuməti BQXK-nın yerli nümayəndəliyi ilə sıx əlaqədədir.

BMT TŞ-nin iclasında Azərbaycan nümayəndə heyəti ölkəmizin bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına etiraz əlaməti olaraq sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazidə nümayiş keçirməsinə səbəb olan hadisələrin gedişatı barədə ətraflı məlumat verib.

Azərbaycan hökuməti dialoq yolu ilə ərazidə faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının, o cümlədən ağır ekoloji nəticələrin aradan qaldırılması üçün bir sıra addımlar atıb. 3 və 7 dekabr tarixlərində Azərbaycanın müvafiq qurumları ilə Rusiya sülhməramlı kontingentinin komandanlığı arasında Qızılbulaq və Dəmirli yataqlarının qeyri-qanuni istismarının ekoloji nəticələrinin monitorinqi və qiymətləndirilməsi üçün azərbaycanlı mütəxəssislərin yerində baxış keçirmələri şərtlərinin müəyyən edilməsi məqsədilə görüşlər keçirilib. Görüşlərdə yerli erməni nümayəndələri də iştirak ediblər və azərbaycanlı mütəxəssislər tərəfindən bu cür fəaliyyətlərin yol xəritəsi ilə bağlı razılıq əldə olunub.

Əldə olunmuş razılaşmanın ardınca, azərbaycanlı mütəxəssislərdən ibarət heyətin sülhməramlılar tərəfindən təşkil olunmuş səfərinə bir qrup şəxsin əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş addımları nəticəsində maneçilik törədilib. Bu, Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub, bir qrup vətəndaş cəmiyyəti nümayəndələri etiraz əlaməti olaraq Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc nümayişə başlayıblar.

Təbii sərvətlərin qeyri-qanuni istismarı, Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq sənədlərə əsasən yolverilməz olmaqla yanaşı, ətraf mühitlə bağlı müvafiq standartlara tamamilə məhəl qoyulmadan həyata keçirilir və bununla ekoloji sistemə ciddi və bərpaolunmaz ziyan vurur. Bu, həmçinin özəl xarici şirkətin Azərbaycan hökuməti ilə bağladığı müvafiq müqavilələrə əsasən sözügedən faydalı qazıntı yataqlarını istismar etmək hüquqlarını pozur. Müqaviləyə əsasən, faydalı qazıntı yataqlarını istismar etmək hüququ yalnız bu xarici şirkətə məxsusdur.

Bu, bütün Azərbaycan cəmiyyəti üçün haqlı və əsaslı narahatlıq mənbəyidir. Ona görə də Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının müxtəlif seqmentləri, eləcə də sadə vətəndaşlar qanuni olaraq Azərbaycan xalqının milli sərvətlərinin talan edilməsinin qarşısının alınmasını, ətraf mühitə dəymiş ziyanın müvafiq mütəxəssislər tərəfindən monitorinqinin təşkil olunmasını tələb edirlər.

Bu, Ermənistanın hərbi əməliyyatların dayandırılması və bütün silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı öhdəliklərinin davamlı olaraq yerinə yetirilməməsilə yanaşı, Laçın yolundan qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün sui-istifadəsini, o cümlədən Azərbaycanın resurslarının qeyri-qanuni daşınmasında istifadəsini də əhatə edir. Üçtərəfli Bəyanata zidd olaraq, Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni hərbi fəaliyyətlər həyata keçirərək öz qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da daxil olmaqla Azərbaycan ərazisinə çoxlu sayda piyada əleyhinə minalar yerləşdirməyi davam etdirir, bu da yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də mina qurbanlarının sayının artmasına səbəb olur. Nəticədə Vətən müharibəsinin başa çatmasından bu günədək 276 vətəndaşımız mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 46 nəfər həlak olub. Həlak olan 46 nəfərdən 35-i mülki şəxsdir.

Qeyd olunmalıdır ki, BMT TŞ-yə üzv dövlətlərin, demək olar ki, bütün bəyanatlarında Üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsinə dair çağırış olub. Ermənistanın sözügedən sənədi açıq-aşkar pozduğunu nəzərə alaraq, BMT TŞ-nin üzvlərinin bu cür çağırışları nəhayət Ermənistan tərəfindən eşidilməli və onlara əməl olunmalıdır.

Münasibətlərin normallaşdırılması məqsədilə Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsi üçün BMT TŞ üzvlərinin əksəriyyətinin çağırış etdiyini vurğulamaq da böyük əhəmiyyət kəsb edir. Biz bu prosesin əsası kimi, o cümlədən sərhədlərin delimitasiyası kontekstində Ermənistan və Azərbaycan tərəfindən suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı çağırışları yüksək qiymətləndiririk.

Məhz Azərbaycan münaqişənin sona çatmasından sonrakı ilk gündən etibarən davamlı olaraq Ermənistanla Azərbaycan arasında münasibətlərin bu əsasda normallaşmasının tərəfdarıdır. BMT TŞ-də bununla bağlı çağırışlar Azərbaycanın münaqişədən sonrakı normallaşma gündəliyinin daha geniş beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini nümayiş etdirir.

Eyni zamanda, BMT TŞ-yə üzv olan bəzi dövlətlərin qərəzli, birtərəfli mövqe nümayiş etdirməkdən çəkinməməsi dərin məyusluq doğurur. Azərbaycan ərazisinin bir hissəsinə münasibətdə yanlış istinad edilməsi xüsusi narahatlıq mənbəyidir.

Müzakirələr zamanı da bildirildiyi kimi, Azərbaycan bu kimi istinadları öz daxili işlərinə qarışma, habelə coğrafi adların istifadəsi ilə bağlı BMT-nin müvafiq tələblərinin pozulması kimi rədd edir. Azərbaycan bir daha həmin dövlətləri BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı bəyanatlardan çəkinməyə çağırır.

BMT TŞ-nin iclasında qeyd edildiyi kimi, Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Azərbaycanın bununla bağlı mövqeyi aydın, prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanır.

Biz Azərbaycanın təklifinə cavab verməyə, siyasi və hərbi təxribatlarını dayandırmağa, təcavüzkar ritorikasından və hərəkətlərindən əl çəkməyə, Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlər çərçivəsinə daxil olan bütün məsələlərin sülh yolu ilə diplomatik həllini tapması üçün birbaşa danışıqlara xoş niyyətlə yanaşmağa Ermənistanı inandırmaq məqsədilə beynəlxalq ictimaiyyətə çağırışımızı bir daha təkrar edirik”.

Previous Post

XİN: “BMT TŞ-yə üzv bəzi dövlətlərin Laçın yolu ilə bağlı qərəzli mövqeyi dərin məyusluq doğurur”

Next Post

Vasif Talıbovun istefasının səbəbi açıqlandı – RƏSMİ

Bənzər yazılar

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11

Manamada Bəhreyn və İordaniya arasında Birgə Ali Komitənin 23-cü iclası keçirilib. Elchi.az xəbər verir ki, toplantı Bəhreyn Müdafiə Qüvvələrinin Baş...

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin...

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28

Oktyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, “Tbilisi prospekti, 129” (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə...

Next Post
Vasif Talıbovun istefasının səbəbi açıqlandı – RƏSMİ

Vasif Talıbovun istefasının səbəbi açıqlandı - RƏSMİ

Vasif Talıbovun istefasının səbəbi açıqlandı – RƏSMİ

Vasif Talıbovun istefasının səbəbi açıqlandı - RƏSMİ

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.