"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Laçın yolundakı aksiya ilə bağlı daha bir bəyanat

20 Dekabr 2022 - 17:58
in GÜNDƏM
FacebookVatsap

Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıb.
Elchi.az bəyanatın mətnini təqdim edir:
“Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri icmalarımızın arzu və iradəsini ifadə edərək, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Şuşadan keçən Xankəndi-Laçın yolunda ölkəmizin qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr, ziyalılar, gənclər, ekoloqlar və jurnalistlərin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında ekoloji terrora və təbii ehtiyatların qanunsuz istismarına dinc etiraz aksiyası ilə əlaqədar Ermənistan tərəfinin, özəlliklə, erməni kilsəsinin ictimai fikri yanlış istiqamətdə yönləndirmək məqsədilə yaydığı müraciətlərlə bağlı aşağıdakıları bildirməyi vacib sayırıq.
İlk növbədə qeyd olunmalıdır ki, vətəndaş cəmiyyətinin təmsilçiləri olan etirazçıların bir həftədən artıq davam edən təbii sərvətlərin talanmasına və ekologiyaya ziyan vurulmasına qarşı şüarlarla keçirilən aksiya dinc xarakter daşıyır və Azərbaycanın sülhsevər siyasətinin prioritetlərindən irəli gəlir. Etirazçılar Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ekologiyasının çirkləndirilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləyirlər. Müstəqil fəallar tərəfindən aparılan araşdırmalara görə, Azərbaycanın “Qızılbulaq” qızıl yatağı və “Dəmirli” mis-molibden yatağında qanunsuz istismar fəaliyyəti həyata keçirilir və bu fəaliyyətin monitorinq olunması haqqında öncə müvafiq razılaşmanın əldə edilməsinə baxmayaraq, onlar separatçı qüvvələr tərəfindən həmin obyektlərə buraxılmamışlar. Hal-hazırda etirazçılar göstərilən yataqlarda yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasını tələb edirlər.
Birmənalı şəkildə bildiririk ki, Ermənistan tərəfinin, xüsusən, Eçmiədzinin yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır və QHT-lərin dinc etiraz aksiyasının humanitar böhrana səbəb olması barədə iddialar qətiyyən həqiqətə uyğun deyildir. Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və bunun üçün aksiya keçirənlər tərəfindən hər bir şərait təmin olunur. Qarabağ bölgəsində yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının humanitar problemləri olduğu halda, onların müraciətlərinin operativ şəkildə həlli üçün qaynar xətt yaradılıb.
Aksiya zamanı Ermənistan mətbuatında və erməni diasporunun təbliğatında Xankəndi-Laçın yolunun Azərbaycanın qeyri-hökumət təşkilatları və Azərbaycan mediası tərəfindən bağlanması barədə iddia da əsassızdır, belə ki, adıçəkilən yolun rus sülhməramlıları tərəfindən bağlanması faktı bəyan olunub. Çox heyfsilənirik ki, erməni kilsəsi ədalət nümayiş etdirərək həqiqəti çatdırmaq əvəzinə, siyasi konyunktura uyğun qərəz və böhtan mövqeyindən məsələyə yanaşır, dinc etiraz aksiyasını “etnik təmizləmə siyasəti” və “qeyri-insani hərəkət” kimi qələmə verməyə çalışır. Erməni kilsəsinin hadisələri «erməni blokadası və humanitar fəlakət» kimi təqdim etməyə cidd-cəhd etməsi təxribat və qarayaxmadan başqa bir şey deyildir. Azərbaycan yolları bağlayan deyil, yeni yollar, körpülər inşa edən dövlətdir. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazisində yerləşən Laçın yolu ilə bağlı birmənalı mövqeyi bundan ibarətdir ki, bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyətlər üçün deyil, mülki-humanitar məqsədlər üçün istifadə oluna bilər.
Acı həqiqət ondan ibarətdir ki, 30 ilə yaxın müddət ərzində məhz erməni ekstremistlərin həyata keçirdiyi etnik təmizləmə, təbii sərvətləri talama, mənəvi irsi dağıtma, ekosistemə qarşı cinayətlər nəticəsində bir milyondan artıq azərbaycanlı öz əzəli dədə-baba torpaqlarını tərk etməyə məcbur qalaraq qaçqın və məcburi köçkün həyatını yaşamışlar. İşğal dövründə ərazinin flora və faunası məhv edilmiş, torpaqları yandırılmış, su hövzələri zəhərlənmişdir. Şəhər və kəndlərimiz urbisid nəticəsində yer üzündən silinmişdir. Basdırılmış saysız-hesabsız minalar səbəbindən yerli əhalinin doğma torpaqlara qayıdışı ləngiyir, yüzlərlə mülki vətəndaş mina terrorunun qurbanları sırasındadır. Münaqişə dövründə itkin düşmüş 4 mindən artıq vətəndaşımızın aqibəti hələ də məlum deyil. Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb talan edilmiş, Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri qriqorianlaşdırılmış, məscidlər tövləyə çevrilmiş, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunmuşdur.
Azərbaycan sülhsevər dövlətdir və bunu münaqişənin davam etdiyi üç onillik müddətə yaxın dövrdə sülh yönündə danışıqlarda ardıcıl iştirakı ilə, habelə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda fəal iştirakı ilə nümayiş etdirmişdir. Ermənistanın qeyri-konstruktiv mövqeyi bölgəmizin əmin-amanlığı və iqtisadi rifahı yönündə perspektivləri əngəlləyir. Dövlətimiz ərazilərində yaşayan bütün etnik və din mənsublarına, o cümlədən, Qarabağda yaşayan dinc erməni əsilli Azərbaycan vətəndaşlarına ehtiramla yanaşır, onların hüquqlarını və dəyərlərini qoruyur. Uca Allahın neməti olan torpaq, onun üstündə və təkində olan bütün sərvətlərə ehtiram və qayğı ilə yanaşmaq Azərbaycan torpaqlarında yaşayan həm azərbaycanlıların, həm də ermənilərin vətəndaşlıq borcudur.
Biz, dini konfessiya rəhbərləri daim Uca Yaradanımızın buyurduğu yolla gedərək bəşəri dəyərlərə, humanist məramımıza və dinc birgəyaşayış ideyalarına sadiq olmuşuq və həmişə qonşu Ermənistanın din xadimlərini sülhə, müharibə ritorikasından əl çəkməyə çağırmış və dialoqa üstünlük vermişik. Bu Bəyanatımızla biz erməni kilsəsini Uca Yaradanımızın buyurduğu ideallara istinadən həqiqətləri söyləməyə, Qarabağda yaşayan dinc erməni əhalini revanşizmə sürükləməməyə, kövrək sülh şəraitində qızışdırıcı fəaliyyətlə məşğul olmamağa çağırırıq. Öz növbəsində, Qarabağın dinc erməni əhalisini yaşadıqları torpaqlarda Uca Allahın bəxş etdiyi təbii sərvətlərin talanmasına və törədilən ekoloji cinayətlərə qarşı birgə qətiyyətli mövqe nümayiş etdirməyə dəvət edirik”.
Qeyd edək ki, bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıb.

Bunu da oxuyun

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Prezident Naftalana yeni icra başçısı təyin etdi

Previous Post

Laçın yolundakı aksiya ilə bağlı daha bir bəyanat

Next Post

Aksiyaçılar Qarabağa silah daşınmasının qarşısını aldı

Bənzər yazılar

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

30 Sentyabr 2026 - 09:34

Bakıda "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat...

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) 2040-cı ilə qədər fiziki infrastrukturuna 25 milyard ABŞ dollarından çox həcmdə investisiyanın cəlb...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident Naftalana yeni icra başçısı təyin etdi

28 Sentyabr 2026 - 18:58

Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam...

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

28 Sentyabr 2026 - 11:21

"Birliyin Gücü – 2026” birgə hərbi təliminə cəlb edilən iştirakçı ölkələrin mühəndis qoşunlarının bölmələri mürəkkəb əməliyyat şəraitində mühəndis təminatı üzrə...

Next Post
Aksiyaçılar Qarabağa silah daşınmasının qarşısını aldı

Aksiyaçılar Qarabağa silah daşınmasının qarşısını aldı

Səudiyyə Ronaldonu buna görə istəyir

Səudiyyə Ronaldonu buna görə istəyir

Son xəbərlər

Aİ Gürcüstanın ATƏT sədrliyinə namizədliyinə qarşı çıxıb

Aİ Gürcüstanın ATƏT sədrliyinə namizədliyinə qarşı çıxıb

30 Sentyabr 2026 - 15:00
“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

30 Sentyabr 2026 - 14:51
Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdı

Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdı

30 Sentyabr 2026 - 14:42
Sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək

Sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək

30 Sentyabr 2026 - 14:30
Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

30 Sentyabr 2026 - 14:14
Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

30 Sentyabr 2026 - 14:07
Makronun reytinqi rekord səviyyədə aşağı düşüb

Makronun reytinqi rekord səviyyədə aşağı düşüb

30 Sentyabr 2026 - 14:00
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

30 Sentyabr 2026 - 13:52
11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı

11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı

30 Sentyabr 2026 - 13:43
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

30 Sentyabr 2026 - 13:30
NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib – VİDEO

NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib – VİDEO

30 Sentyabr 2026 - 13:14
Prezident “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

Prezident “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

30 Sentyabr 2026 - 13:07
“Rusiya BMT-nin mövcudluğunu qorumaq uğrunda mübarizə aparır” – Zaxarova

“Rusiya BMT-nin mövcudluğunu qorumaq uğrunda mübarizə aparır” – Zaxarova

30 Sentyabr 2026 - 13:00
Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

30 Sentyabr 2026 - 12:53
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

30 Sentyabr 2026 - 12:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.