Blokada ilə bağlı dezinformasiyanın əksinə olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələri və erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçir.
Elchi.az xəbər verir ki, , bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə yazıb. “Belə hallar gün ərzində bir neçə dəfə təkrarlanır. Blokada ilə bağlı iddialar yalandır”, – deyə pyalşımda qeyd edilib.
Qeyd edək ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.
Aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.
Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşını, rus sülhməramlılarından birinin ailə üzvlərinin olduğu avtomobil, eləcə də Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobili də aksiya keçirilən ərazidən maneəsiz keçiblər.
Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib
Rusiya İrana humanitar yardımın göndərilməsinə göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu...





















Son şərhlər