Türkiyə hökuməti Gürcüstan Müdafiə Qüvvələrinə aerodromlar üçün xüsusi texnika və hərbi helikopterlərin ehtiyat hissələri bağışlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Türkiyənin aviasiya və hava hücumundan müdafiə komandanlığı aerodrom üçün Gürcüstana iki ədəd xüsusi texnika və UH-1H helikopterlərinin ehtiyat hissələrini hədiyyə edib”, – məlumatda deyilir.
Qeyd edilir ki, təhvil-təslim mərasimi Tiflis yaxınlığındakı Marneuli aviabazasında baş tutub. Müvafiq memorandumu Gürcüstanın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Serqo Ninua və Türkiyənin hərbi attaşesi Burak Altıner imzalayıblar.
Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa–Baltikyanı (NB8) ölkələrinin liderləri ilə ABŞ və Rusiya ilə Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşə hazırlığı müzakirə...





















Son şərhlər