"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“O, böyük bir missiyanın haqqını vermək üçün doğulmuşdu”

12 Dekabr 2022 - 14:53
in SİYASƏT
FacebookVatsap

Tarixi şəxsiyyətlərimizin hər biri haqqında qürur hissilə danışmaq olar. Ulu Öndər Heydər Əliyevin isə tarixi şəxsiyyətlərimiz arasında öz xüsusi yeri var. Onun istər sovetlər dönəmində gördüyü işlər, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkəmizə qarşı xarici təzyiqlərin dəf edilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrimizin genişləndirilməsi, iqtisadi böhranın aradan qaldırılması istiqamətində atdığı qətiyyətli addımlar barədə əlbəttə, çox danışmaq olar. Lakin iştirakçısı olduğum bütün tədbirlərdə, müzakirələrdə Heydər Əliyevdən söhbət düşəndə, mən onu, onun şəxsiyyətini, tarixdəki rolunu, missiyasını ilk növbədə MİLLİ HƏMRƏYLİK nöqteyi-nəzərindən qiymətləndirməyə çalışıram.
Elchi.az xəbər verir ki, bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib:Bəli, Heydər Əliyev seçilmiş insan, missiyalı lider idi.
O, böyük bir missiyanın haqqını vermək üçün doğulmuşdu. Söhbət müasir tariximizin ən kritik anlarından birində xalqımızın birliyini, Azərbaycanın bütövlüyünü qətiyyət və əzmlə qorumaq missiyasından gedir. Ən kritik anlar deyərkən təbii ki, 1990-cı illərin əvvələrini nəzərdə tuturam. Bu gün siyasətdə olan bir çox insanlar həmin vaxt Azərbaycanın ictimai-siyasi həyatında yaşanan təlatümləri, baş verən siyasi qarşıdurmaları‚ xarici təhdidləri yəqin ki, yaxşı xatırlayır. Yenicə müstəqillik yoluna qədəm qoymuş Azərbaycan qardaş qırğınına, vətəndaş müharibəsinə doğru sürüklənməkdə idi. Ölkəmiz separatçı bölgələrə parçalanmaq, dövlətçiliyini itirmək təhlükəsinin bir addımlığında idi. Torpaqlarımızın Ermənistan tərəfindən işğalına start verilmişdi. Lakin daxildə hökm sürən siyasi hərcmərclik Ermənistanın işğalçılıq siyasətinin qarşısını almağımıza heç cürə imkan vermirdi”.
Bir sözlə, həmin vaxt ölkəmiz elə bir çıxılmaz duruma düşmüşdü ki, nə AXC-Müsavat hakimiyyəti ölkəni bu durumdan çıxarmaq iqtidarında idi, nədəki hakimiyyətə gəlmək istəyən digər siyasi qüvvələrin siyasi böhrana, iqtisadi tənəzzülə, cəbhədəki hərbi uğursuzluqlara son qoymaq imkanı, milli birliyimizi qorumaq üçün potensialı vardı. Azərbaycan təkcə siyasi, iqtisadi, hərbi böhranla üz-üzə deyildi. Biz həmin vaxt sözün həqiqi mənasında lidersizlik böhranı ilə də üzləşmişdik. Hamımız ümummilli liderlik yükünü ləyaqətlə, şərəflə daşıya biləcək böyük LİDER axtarışında idik. Torpaqlarımızın və müstəqilliyimizin itirilməsi faciəsinin bir addımlığında dayandığımız belə bir acınacaqlı durumda əsl siyasi liderə ehtiyacımız vardı. Və bu rolu, bu missiyanı yalnız Heydər Əliyev yerinə yetirə bilərdi. Bu həqiqəti hamı dərk edirdi:
“Ona görə də, xalqımız Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Onun böyük siyasətə dönüşü möhtəşəm idi. O, öz missiyasını bütün məsuliyyəti ilə dərk edirdi. Birdən-birə bu qədər ağır problemlərlə üzləşən gənc Azərbaycan dövlətini xilas etmək üçün əsl fədakarlıq tələb olunurdu. Heydər Əliyev bu fədakarlığa hazır idi. O, həm daxildəki siyasi təxribatçılar və separatçı qüvvələrlə, həm də xarici güclərlə qeyri-bərabər şəraitdə, ağır şərtlər altında mübarizə apararaq Azərbaycanı bölünməkdən, parçalanmaqdan, işğal olunmaqdan xilas etdi. Bu, onun Azərbaycan xalqına ən böyük xidməti idi.
Təsadüfi deyil ki, hətta opponentlər də Heydər Əliyevin hakimiyyətdə olduğu illəri Azərbaycanın xilas və dirçəliş dövrü kimi qiymətləndirir. Bu da onun danılmaz uğurudur. Müasir Azərbaycan dövlətini yenidən quran Heydər Əliyev bu uğura məhz milli birlik, həmrəylik ideyalarına söykənərək imza atdı. Tariximizin ən böhranlı məqamında Heydər Əliyevin bütün azərbaycanlıları bir yumruq kimi birləşdirə bilməsi həqiqətən də fenomenal hadisə idi. Xalqımız qədirbilən xalqdır. Biz onun xidmətlərini heç vaxt unutmuruq”.

Bunu da oxuyun

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

Şayəstə

 

Previous Post

“O, böyük bir missiyanın haqqını vermək üçün doğulmuşdu”

Next Post

Parisdə Ukrayna üçün “həmrəylik” və “yenidənqurma” konfransları keçiriləcək

Bənzər yazılar

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

01 Oktyabr 2026 - 14:30

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 27-si ilə bağlı müraciətlərin məzmununun sülh razılaşmalarının məntiqinə uyğun olmasının vacibliyini bildirib. Elchi.az xəbər...

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Prezident İlham Əliyev Çin liderini təbrik edib

01 Oktyabr 2026 - 11:25

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab...

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

01 Oktyabr 2026 - 10:41

“Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə...

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

01 Oktyabr 2026 - 10:25

Prezident İlham Əliyev Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Elchi.az xəbər verir...

Next Post
Parisdə Ukrayna üçün “həmrəylik” və “yenidənqurma” konfransları keçiriləcək

Parisdə Ukrayna üçün "həmrəylik" və "yenidənqurma" konfransları keçiriləcək

Parisdə Ukrayna üçün “həmrəylik” və “yenidənqurma” konfransları keçiriləcək

Parisdə Ukrayna üçün "həmrəylik" və "yenidənqurma" konfransları keçiriləcək

Son xəbərlər

KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

01 Oktyabr 2026 - 15:16
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

01 Oktyabr 2026 - 15:08
Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

01 Oktyabr 2026 - 15:01
Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52
Oktyabrın dörd günü meteor yağışı olacaq

Oktyabrın dörd günü meteor yağışı olacaq

01 Oktyabr 2026 - 14:43
Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

01 Oktyabr 2026 - 14:30
Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

01 Oktyabr 2026 - 14:14
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

01 Oktyabr 2026 - 14:07
Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

01 Oktyabr 2026 - 14:00
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

01 Oktyabr 2026 - 13:51
Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

01 Oktyabr 2026 - 13:42
Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

01 Oktyabr 2026 - 13:30
Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

01 Oktyabr 2026 - 13:18
Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.