Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir.
Elchi.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid Tvitterdə yazıb.
O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib:
“Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”.
Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.
Milli Məclisin iclası başlayıb, büdcə zərfi müzakirə olunacaq
Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə 2027-ci üzrə büdcə zərfi daxildir. Bu gün başlayan büdcə...





















Son şərhlər