12:21
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən Azərbaycan Hava Yollarının J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə Elchi.az-a Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən bildirilib.
Təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.
***
Azərbaycan Hava Yollarının J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisi saat 13:07-də Naxçıvana yola düşüb.
Bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən bildirilib.
MN rəhbərliyi “Birliyin Gücü – 2026” birgə hərbi təlimini izləyib – VİDEO
Müdafiə Nazirliyinin rəhbərliyi üç ölkənin hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təlimində məşqlərin gedişatını...





















Son şərhlər