Noyabrın 11-də saat 16 radələrində bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Elchi.az-a bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.
Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.
Hazırda müvafiq araşdırmalar aparılır.
Lerikdə zəlzələ olub
Yardımlı stansiyasından 23km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Elchi.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı...





















Son şərhlər