Azərbaycanla Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlıq protokolunun fəaliyyət planı imzalanıb.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık Tvitterdə yazıb.
“Sənədə əsasən ailə xidmətləri, ailə təhsili kimi sahələrdə təcrübə mübadiləsi aparılacaq. Beləliklə, ölkələrimizin sosial və mədəni inkişafına töhfə vermək istəyirik. Azərbaycanla hər sahədə olduğu kimi, qadın, ailə və uşaq məsələsində də çiyin-çiyinə olmağa davam edəcəyik”, – nazir bildirib.
Sənədi Azərbaycan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb.
Qeyd edək ki, B.Muradova Türkiyədə səfərdədir.
“TikTok”da canlı yayım açan sürücülərə müraciət edilib
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi avtomobil idarə edərkən "TikTok"da canlı yayım açan sürücülərə müraciət edib. Bu barədə Elchi.az-a...





















Son şərhlər