Mədəniyyət Nazirliyinin tapşırığı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən işçilərin mənafeyini qorumaq və əmək intizamını təmin etmək məqsədilə Mərkəzin direktor müavini Lalə Novruzova işdən kənarlaşdırılıb.
Elchi.az xəbər verir ki, bunu APA-ya Mədəniyyət Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin əmri ilə Şamaxı İncəsənət Təhsil Mərkəzində aparılmış xidməti araşdırma nəticəsində aşkarlanan cinayət əlamətləri olan məlumatlar qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə hüquq mühafizə orqanına təqdim edilib. Hazırda Şamaxı İncəsənət Təhsil Mərkəzinin direktor müavini Novruzova Lalə Məmməd qızının təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.
Bildiririk ki, İsmayıllı Regional Mədəniyyət İdarəsinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən işçilərin mənafeyini qorumaq və əmək intizamını təmin etmək məqsədilə Mərkəzin direktor müavini Lalə Novruzova işdən kənarlaşdırılıb.
Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin fəaliyyətinin nizama salınması və mövcud olan neqativ halların aradan qaldırılması ilə bağlı komissiya yaradılmış, hazırda komissiya tərəfindən sözügedən Mərkəzdə lazımi tədbirlər həyata keçirilir.
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb
Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...





















Son şərhlər