"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Prezidentin köməkçisi Yaponiya səfərindən danışdı

24 Oktyabr 2022 - 19:10
in İQTİSADİYYAT
FacebookVatsap

Əvvəlcədən qeyd edim ki, Qarabağ iqtisadi rayonundan Yaponiyaya gəlmiş Azərbaycan nümayəndə heyəti kimi səfərimiz çox uğurlu oldu. Ümumiyyətlə səfərin məqsədlərini bir neçə qrupa bölmək olar.
Elchi.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Birinci məqsəd Prezident İlham Əliyevin bu yaxınlarda Ağdam şəhərində keçirilmiş Milli Şəhərsalma Forumundakı çıxışında iştirakçılara ünvanlandığı bu şəhərin yaxın zamanlarda dünyanın bir çox şəhərləri ilə qardaşlaşacağı barədə verdiyi anonsa uyğun olaraq atılan addımlarla əlaqədardır. Dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifənin həyata keçirilməsi üçün biz təbii olaraq ilk növbədə Yaponiyanın Hiroşima şəhəri ilə əməkdaşlığın qurulması, qarşılıqlı əlaqələrin inkişafı məqsədilə buraya səfər barədə qərar qəbul etdik. Bununla yanaşı, səfərin digər məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində xarici ölkələri təmsil edən şirkətlərin də iştirakını təmin etmək idi. Bildiyiniz kimi, bu işdə ilk növbədə 44 günlük Vətən müharibəsi vaxtı Azərbaycanın haqq işini dəstəkləyən şirkətlərə üstünlük verilir. Sevindirici haldır ki, bu gün həmin şirkətlər arasında Yaponiya şirkətləri də var. Məlumdur ki, Prezident İlham Əliyevin göstərişi ilə Qarabağın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edilib və burada ənənəvi enerji mənbələri ilə yanaşı, alternativ enerji resurslarından istifadəyə də üstünlük verilməsi nəzərdə tutulur. Bu vəzifənin həyata keçirilməsi üçün xüsusi konsepsiya hazırlanmalı idi və bu iş Energetika Nazirliyi ilə Yaponiyanın “TEPSKO” şirkəti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib. Qeyd edim ki, həmin konsepsiya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib və onun icrası üçün müvafiq tədbirlər planı hazırlanıb. Həmin plana uyğun olaraq, bərpa və quruculuq işlərinin aparıldığı bir çox ərazilərdə “yaşıl enerji” konsepsiyası həyata keçiriləcək. Yaponiyaya səfər çərçivəsində biz həm məlum “TEPSKO” şirkəti ilə, həm də Yaponiyanın bu işdə maraqlı digər şirkətləri ilə müzakirələr apardıq. Səfərin ikinci məqsədi də məhz bu istiqamətdə yeni əlaqələrin qurulmasından ibarət idi.
Digər məqsəd isə başqa səfərlərdə olduğu kimi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan nəhəng bərpa və quruculuq işləri, 10 min kvadratkilometrdən çox bir ərazidə ən müasir infrastrukturun yaradılması məqsədilə həyata keçirilən görünməmiş meqa fəaliyyət, həmçinin Azərbaycanın dünyaya vermək istədiyi mesajlar barədə yerli ictimaiyyəti məlumatlandırmaq idi.
Bildiyiniz kimi, bu gün həyata keçirilən layihələr çərçivəsində Azərbaycan tamamilə dağıdılmış yaşayış məskənlərini yenidən qurur. Ermənilər 30 ilə yaxın bir müddətdə işğal altında saxladıqları ərazilərdə görünməmiş vandalizm aktları həyata keçirərək, daşı-daş üstə qoymayıblar. Bizim 8 şəhərimiz yerlə yeksan edilib, 54 min hektar meşə sahəsi, fauna və floramız məhv olunub, tam ekosid törədilib. Bununla yanaşı, Azərbaycanın tarixi və mədəni abidələrinə böyük zərbə vurulub. İşğaldan azad edilmiş ərazilərdə yerləşən 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalanları isə təhqir olunub. Bu zaman söhbət yalnız məscidlərdən deyil, həm də digər dinlərə aid olan abidələrdən, kilsələrdən, alban məbədlərindən və digər mədəni abidələrimizdən gedir. Bütün bunların hamısının bərpası, yenidən qurulması prosesi təsdiq edir ki, Azərbaycan xalqı həqiqətən yaradıcı, qurucu xalqdır. Bu bir faktdır ki, həmin əraziləri 30 ilə yaxın bir dövrdə işğal altında saxlayan düşmən bu ərazilərdə bir ədəd ağac belə əkməyib. Bütün bu vandalizm aktlarına baxmayaraq, Azərbaycan həmin səhifəni birdəfəlik örtərək, gələcəyə baxmaq istəyir. Bununla biz bütün dünyaya bir sülh mesajı vermək istəyirik. Həmin sülh mesajının da ən vacib elementi bizim bundan sonra gördüyümüz işlərdir. Həmin işləri isə əlbəttə, bütün dünya görür, lakin biz bunu dünyaya daha yaxşı təqdim etmək niyyətindəyik”, – E.Hüseynov qeyd edib.

Bunu da oxuyun

Hindistan şirkəti Azərbaycanda 117,7 milyon dollarlıq layihə həyata keçirəcək

Azərbaycanın qızıl ixracı 29%-ə yaxın artıb

“Azərkosmos” 36 ölkəyə 17 mln. dollardan çox xidmət ixrac edib

Previous Post

Prezidentin köməkçisi Yaponiya səfərindən danışdı

Next Post

“Yeni qanun layihəsini “qaralamaq” yox, alqışlamaq lazımdır”-Partiya sədri

Bənzər yazılar

Hindistan şirkəti Azərbaycanda 117,7 milyon dollarlıq layihə həyata keçirəcək

Hindistan şirkəti Azərbaycanda 117,7 milyon dollarlıq layihə həyata keçirəcək

29 Sentyabr 2026 - 17:08

Hindistanın qablaşdırma sənayesində ixtisaslaşmış beynəlxalq şirkəti “UFlex Limited” ilə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) arasında əməkdaşlıq əsasında yeni istehsal müəssisəsinin...

Azərbaycanın qızıl ixracı 29%-ə yaxın artıb

Azərbaycanın qızıl ixracı 29%-ə yaxın artıb

29 Sentyabr 2026 - 12:15

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici bazarlara 271,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Elchi.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya...

“Azərkosmos” 36 ölkəyə 17 mln. dollardan çox xidmət ixrac edib

“Azərkosmos” 36 ölkəyə 17 mln. dollardan çox xidmət ixrac edib

29 Sentyabr 2026 - 11:44

Bu ilin yanvar-avqust aylarında "Azərkosmos" tərəfindən dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə ümumilikdə 17,4 milyon ABŞ dolları dəyərində telekommunikasiya...

Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

Azərbaycan nefti 122,5 dollara ticarət olunur

29 Sentyabr 2026 - 10:04

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb. Elchi.az xəbər verir ki, ötən günün nəticələrinə görə “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin...

Next Post
“Yeni qanun layihəsini “qaralamaq” yox, alqışlamaq lazımdır”-Partiya sədri

"Yeni qanun layihəsini "qaralamaq" yox, alqışlamaq lazımdır"-Partiya sədri

“Yeni qanun layihəsini “qaralamaq” yox, alqışlamaq lazımdır”-Partiya sədri

"Yeni qanun layihəsini "qaralamaq" yox, alqışlamaq lazımdır"-Partiya sədri

Son xəbərlər

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

29 Sentyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.