"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Zəngəzur dəhlizi nəyin bahasına olursa-olsun açılacaq!

21 Oktyabr 2022 - 11:53
in XƏBƏR LENTİ
FacebookVatsap

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfər qrafikinin tablosu Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin həm simvolik əhəmiyyətini özündə ehtiva edirdi, həm də hərbi-siyasi birlik modelinin bərkidilməsinə xidmət edən yeni planların hazırlanmasının göstəricisi kimi böyük ölçülü məna tutumuna malik idi”.

Bunu da oxuyun

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:

“Ötən il işğaldan azad edilmiş ərazilərin Qarabağ iqtisadi rayonuna düşən coğrafiyasında, Füzulidə aeroport istifadəyə verildi, bu cür avialayihələrin davamı isə Şərqi Zəngəzurdakı Zəngilanda baş tutdu.
Hava limanları hərbi-siyasi infrastrukturun tərkib hissəsi olduğundan, Ərdoğanın həm Füzuli, həm də Zəngilan aeroportlarının açılışına qatılması regional səmada təhlükəsizliyin qorunmasında Ankaranın rolunun artdığının əlaməti kimi şərh edilə bilər.
Aeroportların ölkələr üçün strateji əhəmiyyəti ondan ibarətdir ki, hava hücumundan müdafiə strategiyasını beynəlxalq mərkəzləşmiş idarəetmə sistemi çərçivəsinin içərisinə daxil edir.
Məntiq müdafiə sistemlərinin təkmilləşdirilməsini labüd edir ki, bu da Əliyevlə Ərdoğanın işğaldan azad edilmiş ərazilərin təhlükəsizlik mühitindəki aeroportların rolunu hərbi yüklərin daşınması ilə də reallaşdırmağı planlaşdırmasına gətirib çıxarır.
Ərdoğanın səfərində Əliyevlə təkbətək görüşməsi təhlükəsizlik şəraitində yeni çalarlarla immunitetin gücləndirilməsi baxımından xüsusi önəm daşıyırdı.
Beynəlxalq siyasi nizamın pozulması səbəbindən enerji resurslarına olan ehtiyacların artması zəngin təbii sərvətlərə malik olan Azərbaycana cazibə mərkəzində çəki qazandırır.
Bununla bərabər Azərbaycanın Avropa və Asiya arasındakı beynəlxalq ticarət, nəqliyyat-kommunikasiya xətləri qovşağındakı geosiyasi mövqeyi də qlobal gərginlik səbəbindən regionda sabitliyin pozulmasına, milli təhlükəsizlük üçün təhdidlərin yaranmasına gətirib çıxara bilər.
Ona görə də, Azərbaycanla Türkiyə təhlükəsizlik üçün artan təzyiqlərin önünə keçmək vəzifələrini birlikdə inkişaf etdirirlər və Ankara Bakının strateji zəmanətçisi kimi önə çıxır.
Bu platforma Azərbaycanla Türkiyənin əməkdaşlığının regional çərçivələrdən çıxaraq beynəlxalq səviyyəyə qalxması prosesini sürətləndirir, Əliyevlə Ərdoğan görüşlərdə həmin mövzunu da diqqətdə saxlayıblar”.

A.Kərimov vurğulayıb ki, Türkiyə beynəlxalq və regional səviyyədəki maraqlarını təhsil, elm, iqtisadiyyat, ticarətlə də təmin edir və bu, sonra Ankaranın hərbi mövcudluq dairəsinin böyüməsi üçün münbit şəraitlər yetişdirir:

“Ona görə də, Türkiyə şirkətlərinin Qarabağda və Şərqi Zəngəzurdakı investisiya portfelləri Ankaranın Azərbaycana verdiyi təhlükəsizlik töhfələri üçün əlavə stimullar kimi qiymətləndirilməlidir.
Ərdoğanın səfərini son günlər İrandan Azərbaycana qarşı ucalan hədələr fonunda da şərh etmək yerinə düşər, düşünmək üçün kifayət qədər əsaslar var ki, Azərbaycan və Türkiyə liderləri bağlı qapılar arxasında Tehranın qızışdırıcı ritorikasını da müzakirə predmetinə çeviriblər.
Əliyevin Ərdoğanla mətbuata birgə bəyanat zamanı soyuqqanlı tərzdə dediyi bu cümlə həmin istiqamət üzrə danışığın kodunu açan formul hesab olunmalıdır.
SİTAT: “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.
Bu bəyanat təkcə İrana qarşı deyil, həm də Rusiya-Ukrayna müharibəsinin coşdurduğu qlobal emosiyaları Cənubi Qafqaza da daşımaq istəyənlərə mesajdır və əks qütblərdə olan güclər hərəsi öz payını götürməlidir.
Təhdidlərin üfüqlərdə bərq vurduğu zamanlarda Zəngəzur dəhlizinin açılması qarşısındakı maneələrin də aradan qaldırılması Bakı-Ankara gündəliyində prioritet təşkil edən mövzudur.
Gələcək üçün Türkiyə tərəfindən də işarələr verilir ki, Zəngəzur dəhlizi nəyin bahasına olursa-olsun açılacaq və buna qarşı çıxan Ermənistan, koridorun iqtisadi deyil, strateji əsaslarından narahat olan İran ortaya çıxacaq nəticələrə görə məsuliyyəti özləri daşıyacaqlar.
Ərdoğan hələlik bunu yumşaq tonda dilə gətirib, o deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur”.
Dəhlizin açılmasını stimullaşdıracaq digər bir əlavə də hazırlanmaqdadır, Əliyevlə Ərdoğan Qumlaq dəmir yolu stansiyasının təməlini qoyarkən onlara bir layihə haqqında verilən məlumat həmin arqumenti gücləndirir.
Belə ki, Ələt-Ağbənd-Naxçıvan-Qars dəmir yolu layihəsi masadadır ki, bu da Zəngəzur dəhlizinin tərkib hissəsi kimi şöhrət qazanan maşrut olmaq gücünə sahiblənə bilər.
Regiondakı dəmir yolu layihələrində, limanlarda Çin investisiyalarının çoxluğu isə regional panorama üçün Pekinin Cənubi Qafqaz üzrə maraqlarını artıracaq və şübhə etməmək lazımdır ki, Pekin həmin dəmir yolu layihəsini də özünün artan iqtisadi ekspansiya siyasətinin çərçivəsinə daxil edəcək.
PROQNOZLAR:
Azərbaycanla Türkiyə strateji müttəfiqlik əlaqələrini hərbi birlik modelini rəsmiləşdirmək səviyyəsinə qaldıracaq.
Ermənistanın Zəngəzur dəhlizinə qarşı dirənişi onun növbəti itkilərə məruz qalması ilə nəticələnəcək, mümkündür ki, Əliyevlə Ərdoğan danışıqlarında həmin nəticəni ərsəyə gətirəcək hərbi güc tətbiqi barədə dəqiqləşdirmələr aparıblar.
Rusiya bu nəticələrə əsaslı qarşı çıxan addımlar atmayacaq, çünki regiondakı Türkiyə mərkəzli layihələr Moskva üçün problem yaratmayacaq.
İran isə Türkiyənin dəstəyi ilə Azərbaycanın sərhəddəki hərbi manavelərinin Ermənistan üçün yaradacağı itkilərlə razılaşmaq məcburiyyətində qalacaq”.

Yeganə

Previous Post

“Zəngəzur dəhlizi nəyin bahasına olursa-olsun açılacaq!

Next Post

6 ildir kanalizasiya çəkilir, hələ başa çatmayıb

Bənzər yazılar

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 Sentyabr 2026 - 00:00

Bu gün Beynəlxalq Tərcüməçilər günüdür. Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da...

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər...

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bu barədə...

Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Elchi.az- a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosudan məlumat verilib....

Next Post
6 ildir kanalizasiya çəkilir, hələ başa çatmayıb

6 ildir kanalizasiya çəkilir, hələ başa çatmayıb

6 ildir kanalizasiya çəkilir, hələ başa çatmayıb

6 ildir kanalizasiya çəkilir, hələ başa çatmayıb

Son xəbərlər

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 Sentyabr 2026 - 00:00
Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.