Amerikalı milyarder İlon Mask Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevi dolayıb.
Elchi.az xəbər verir ki, Mask Tvitter səhifəsində Dmitri Medvedyevin Britaniya Baş naziri Liz Trassın istefasını lağa qoymasına cavab verib.
Medvedyev “Deyli Star”ın keçirdiyi zarafat yarışmasına istinad edərək, “Əlvida, əlvida, Liz Trass, salat, təbrik edirəm!” deyə tvit atıb. Mask isə Medvedyevə “Çox yaxşı troldur. Yeri gəlmişkən, Baxmutda işlər necədir?” cavabını verib.
Qeyd edək ki, bir həftə əvvəl “Daily Star” nəşri kahı salatının qarşısında vebkamera quraşdıraraq, salatın yoxsa Trassın daha çox qalacağını sınayıb. Salat daha uzun müddət qalıb.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...





















Son şərhlər